Kaspi Kids Nəşrləri brendi Uşaq Kitab Festivalında
Yeni brend ilk dəfə ictimaiyyətə təqdim olunacaq.
Kaspi Kids portfelinin Kaspi Kids Nəşrləri brendi bu il 5-ci dəfə keçiriləcək Uşaq Kitab Festivalında təmsil olunacaq.
Kaspi.edu.az xəbər verir ki, festival Bakı İdman Sarayında (Dəniz Mall-un yanı) təşkil olunacaq. “Bizim üçün əsas həyacanlı məqam odur ki, Kaspi Kids Nəşrləri – yeni brendin özü (loqo) ilk dəfə ictimaiyyətə təqdim olunacaq”- deyə Kaspi Kids-dən bildirilir.
Festival 13-17 may tarixlərində keçiriləcək.
Kaspi.edu.az