Kaspi Təhsil Şirkəti 1 noyabr 2025-ci il tarixindən "Ölçmə və Qiymətləndirmə Peşəkarları Günü"nü təsis edir!
Peşəkar yanaşma, obyektivliyin qorunmasına verilən töhfə və təhsil sahəsində yaradıcılığın qiymətləndirilməsi
Kaspi.edu.az xəbər verir ki, Kaspi Təhsil Şirkəti 1 noyabr 2025-ci il tarixindən “Ölçmə və Qiymətləndirmə Peşəkarları Günü”nü təsis edir! Təhsil müəssisəsinin məramı imtahanların hazırlanması, təşkili və qiymətləndirilməsi istiqamətində çalışan bütün peşəkarların əməyinə dəyər verməkdir. Kaspi Şirkəti fəaliyyəti dövründə təhsildə ölçmə və qiymətləndirmə sahəsində peşəkarlığın formalaşmasına və inkişafına əməkdaşları və digər peşəkarlar tərəfindən verilən əvəzsiz töhfələri dəyərləndirir: “Təhsilin keyfiyyətinin artırılması, bilik və bacarıqların obyektiv qiymətləndirilməsi təhsilin inkişafında mühüm rol oynayır. Sizin əməyiniz təhsildə keyfiyyətin əsas ölçüsüdür. Dəqiqlik və məsuliyyətlə çalışan bütün komanda üzvlərimizə, eyni zamanda bu sahədə fəaliyyət göstərən bütün peşəkarlara təşəkkür edirik!”- deyə şirkətin məlumatında bildirilir.
Kaspi Təhsil Şirkəti uzun illər ərzində həyata keçirilən çox sayda sistemləşdirilmiş imtahan növünün hazırlanması və təşkilində əməyi keçən dəyərli ekspertlərimizi, imtahan mərkəzi əməkdaşlarını və bu işin hər mərhələsində dəqiqliklə çalışan komandamızın hər bir üzvünü səmimi qəlbdən təbrik edir!
1 Noyabr – Ölçmə və Qiymətləndirmə Peşəkarları Gününüz mübarək!
Kaspi.edu.az