Kaspi Təhsil Şirkəti ilə "PAŞA" Şirkətlər Qrupu tərəfdaşlığa başlayır!
“DəyərliSən” tətbiqində Kaspi xidmətləri də əks olunacaq.
“PAŞA” Şirkətlər Qrupu ilə Kaspi Təhsil Şirkəti arasında yeni bir tərəfdaşlıq başlayır.
Kaspi.edu.az xəbər verir ki, “PAŞA” Şirkətlər Qrupu əməkdaşları üçün nəzərdə tutulan “DəyərliSən” tətbiqində Kaspi xidmətləri də əks olunacaq. Beləliklə, “PAŞA” Şirkətlər Qrupunun 20 minə yaxın əməkdaşına birbaşa kommunikasiya imkanımız olacaq. Ətraflı məlumat üçün sizə yaxın filiala müraciət edə bilər, yaxud *7878 nömrəsinə zəng edə bilərsiniz.
Hər iki şirkətə davamlı əməkdaşlıq və uğurlar arzulayırıq!
Kaspi.edu.az