600 baldan yuxarı nəticə – uğur simvolu!
Kaspi Abituriyent hazırlığı kurslarında 600 baldan yuxarı nəticə göstərən abituriyentlər: inamın, əməkdaşlığın və sistemli tədrisin qələbəsi
Ali təhsilin yüksək səviyyəli pillələrinə aparan yolda 600 baldan yuxarı nəticə göstərmək yalnız abituriyentin fənn biliyinin deyil, müəllimlərlə olan inteqrasiya olunmuş tədris prosesinin, planlı hazırlığın, psixoloji dayanıqlığın və təhsil mühitinin gücünün nəticəsidir. Kaspi Abituriyent hazırlığı kursları bu uğura aparan yolu illərlə inşa etmiş, inkişaf etdirmiş və minlərlə gəncin potensialını reallığa çevirmişdir.
2024–2025-ci tədris ilində Kaspi Abituriyent kurslarında hazırlıq keçmiş onlarla abituriyent 600 baldan yuxarı nəticə göstərərək ölkə üzrə fərqlənmiş, uğurlarını və sevinclərini bizimlə bölüşmüş və Kaspi Abituriyentin tədris sisteminin gücünü bir daha nümayiş etdirmişdir.
Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az-a Kaspi Abituriyent sisteminin uğur düsturundan danışır:
Yüksək balın formulu: Kaspi Abituriyent sistemi necə işləyir?
600 və daha çox bal toplamaq ali məktəblərin ən çox rəqabət olan və eləcə də dövlət sifarişi əsasında ən çox tələbat olan ixtisaslarına qəbul olmaq üçün ən yüksək göstəricilərdən biridir. Bu uğura aparan proses Kaspi Abituriyentdə aşağıdakı şəkildə qurulub:
Dəqiq məqsəd müəyyənləşdirmə: hər bir abituriyent hazırlığın əvvəlində qəbul olmaq istədiyi, arzuladığı ali təhsil müəssisəsini və ixtisasını müəyyənləşdirir. Təlim prosesi, təkrar planları, psixoloji və mentor dəstəyi məhz bu məqsədə nail olmağa uyğunlaşır. Bu yanaşma “nə üçün oxuyuram?” sualına aydın cavab verir və motivasiyanı daimi saxlayır.
- İmtahan strategiyası və psixoloji hazırlıq: 600 və daha çox bal toplamaq təkcə bilik deyil, həm də imtahan idarəçiliyi və stresə davamlılıq tələb edir. Bu məqsədlə abituriyentlərimizə imtahan idarəetməsi, vaxt bölgüsü, çətin suallarda qərarvermə və təlaşın azaldılması üzrə tövsiyələr veririk. İmtahan şəraitini simulyasiya edən sınaq imtahanlarımızda davamlı iştirak etməklə abituriyentlərimiz real imtahana zehni və emosional baxımdan hazır olur.
- Valideynlərlə mütəmadi əməkdaşlıq: uğurumuzun gücü məhz bundadır. Valideyn dəstəyi olmadan abituriyentin emosional dayanıqlılığı zəifləyə bilər. Bu səbəbdən valideynlərlə kəsilməz əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində metodik seminarlar - görüşlər keçirir və evdə düzgün mühitin qurulması, texnologiyanın istifadəsi və sağlam ünsiyyət mədəniyyəti kimi zəruri məsələ və məqamları əhatə edən maarifləndirici məzmunlarla onları istiqamətləndirir, valideynin övladının təhsil prosesinə effektiv şəkildə qoşulmasına şərait yaradırıq.
600 baldan yuxarı nəticə göstərən abituriyentlərin ortaq məqamları
Təhlillərimiz göstərir ki, 600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında aşağıdakı ortaq cəhətlər var:
- Gündəlik rejim və məsuliyyət hissi – Bu abituriyentlər dərsə davamiyyət, ev tapşırıqlarının yerinə yetirilməsi və vaxtın düzgün idarə edilməsi baxımından yüksək intizam nümayiş etdirirlər. Hər gün müəyyən edilmiş davamlı oxu rejiminə əməl edirlər, tənbəllik və təxirəsalmanı minimuma endirirlər. Planlaşdırılmış gün, saatlara bölünmüş tədris və istirahət diqqət mərkəzində olur.
- Davamlı geribildirimlə özünüqiymətləndirmə və təkmilləşmə – Onlar müəllimlərdən aldığı geribildirimləri diqqətlə analiz edir, zəif tərəflərini qeyd edir və bu istiqamətdə məqsədli addımlar atırlar. Eləcə də sınaq imtahanlarından nəticə çıxarır və yenidən əzmlə çalışırlar. Təkrarlamanın zəifliklərini aradan qaldırmaq üçün bir fürsət olduğunu bilir və bu vərdişi sistemli tətbiq edirlər. Başqa sözlə desək, bu abituriyentlər təhsildə “aktiv öyrənən” rolunu mənimsəmiş olurlar.
- Dəstəkçi ailə və motivasiyaedici mühit – Ailələr dəstəkverici mövqe tutur, bu abituriyentin məsuliyyət hissini gücləndirir. Uşaqların psixoloji rifahı və məqsədyönlülüyü daim müsbət davranış və həvəsləndirici sözlərlə dəstəklənir. Yekunda valideyn dəstəyi və Kaspi Abituriyent mühitindəki rəqabət və motivasiya ab-havası uğur üçün mühüm faktordur.
Beləliklə, aydın görünür ki, uğur bir təsadüf deyil – sistemli hazırlıq, psixoloji dayanıqlılıq və dəstəkləyici mühitin nəticəsidir. Kaspi Abituriyent hazırlığı kurslarında bu elementlərin hər biri elmi əsaslara və illərlə formalaşmış təcrübəyə dayanaraq planlanır və tətbiq olunur.
Kaspi Abituriyentin Çempionları
2024–2025-ci tədris ilində Kaspi Abituriyent Kurslarında təhsil almış 100-lərlə abituriyent 600 və daha artıq bal toplayanlar arasındadır. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərimizdən 32 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Bu uğur yalnız abituriyentlərin deyil, eyni zamanda təcrübəli və fədakar müəllim heyətimizin yüksək peşəkarlığının və Kaspi Abituriyentin sistemli, nəticəyönümlü tədris modelinin real təsdiqidir.
Xüsusilə vurğulamaq lazımdır ki:
- Orta bal nəticəsi 492 baldır.
- Abituriyentlərimizin 15%-i 600 baldan yuxarı, 30%-i 500 baldan yuxarı, 45%-i 400 baldan yuxarı, 75%-i 300 baldan yuxarı nəticə əldə edib.
- Başqa sözlər ifadə etsək, Kaspi Abituriyent hazırlığı kurslarında təhsil alan hər 4 abituriyentdən 3-ü 300+ bal, hər 2 abituriyentdən 1-i 400+ bal və hər 3 abituriyentdən 1-i 500+ bal toplayır!
İlk 10-luğa daxil olan abituriyentlərimizi sizlərə təqdim edirik:
Abituriyentin adı |
Abituriyentin soyadı |
Topladığı Bal |
Nurgül |
Ədilova |
684 |
Selcan |
Ağazadə |
674 |
İradə |
Süleymanlı |
671 |
Tükəzban |
Zalova |
667 |
Sübhanə |
Salikzadə |
666 |
Eyyub |
Əzizov |
663 |
Könül |
Mirzəliyeva |
660 |
Fatimeyizəhra |
Eyvazova |
658 |
Fidan |
Səfərəliyeva |
656 |
Aişə |
Sadıqova |
653 |
Nuran |
Ədilzadə |
653 |
Qəbul imtahanlarından sonra ixtisas seçimi və kodlaşdırma prosesində də valideynlərimizə və abituriyentlərimizə peşəkar dəstəyimizi davam etdiririk. Əminliklə deyə bilərik ki, məzunlarımızın hamısı “tələbə” adını qazanacaqdır.
Qeydiyyat davam edir – gələcəyin uğuruna bu gün addım atın
Hazırda 2025–2026-cı tədris ili üçün Kaspi Abituriyent Hazırlığı Kurslarına QEYDİYYAT prosesi davam edir. Kurslarımızda aşağıdakı xidmətlər təklif olunur:
- Azərbaycan və rus bölmələrinin 9-cu, 10-cu və 11-ci sinif şagirdləri üçün Buraxılış və Blok imtahanlarına – universitetlərə qəbul imtahanlarına hazırlıq xidməti
- Azərbaycan və rus bölmələrinin 3-cü, 4-cü, 5-ci, 6-ci, 7-ci və 8-ci sinif şagirdləri üçün fənlər üzrə Məktəbli hazırlıq xidməti;
- Azərbaycan və rus bölmələrinin 1-11-ci sinif şagirdləri üçün aylıq sınaq imtahanları;
- Rus bölməsinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) tədrisi xidməti;
- Xarici dillərin – ingilis və rus dillərinin tədrisi xidməti və danışıq klubları;
Erkən qeydiyyatdan keçənlər üçün xüsusi endirim kampaniyaları tətbiq olunur. Bundan əlavə, xüsusi imtiyazlı şəxslər – şəhid, qazi və müharibə veteranlarının övladları, bir ailədən 2 və daha çox şəxslər, dostları ilə birlikdə gələnlər və digər vətəndaşlar üçün müxtəlif güzəştlər mövcuddur. Ətraflı məlumat almaq və Qeydiyyatdan keçmək üçün filiallarımıza müraciət etmək lazımdır.
Filiallarımız
Filialın adı |
Əlaqə nömrəsi: |
Ünvan: |
Kaspi Elmlər |
(012) 510 70 42 (070) 350 85 38 |
Bakı şəhəri, Mətbuat pr. 25 (Bakı Dövlət Universitetinin arxası) |
Kaspi Əhmədli |
(012) 370 74 05 (070) 370 74 05 |
Seyid Mirhəsən Ağa 1. (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı) |
Kaspi Xətai |
(012) 480 31 69 (055) 455 17 00 |
Bakı şəhəri, Xocalı küç. 29, Süleyman Vəzirov 11b (Xətai metrosunun arxası) |
Kaspi Bayıl |
(012) 581 59 16 (070) 581 59 16 |
Bakı şəhəri, Səbail r, Akademik Ə.Yaqubov 52C, korpus 14, (Su İdmanı Sarayının qarşısındakı binaların 1-ci mərtəbəsi) |
Kaspi Mikrorayon: |
(012) 431 42 63 (055) 525 31 32 |
Bakı şəhəri, 4-cü mkr., 20 Yanvar küç. 35 (Qızıl Tac Şadlıq sarayının arxası) |
Kaspi Sumqayıt |
(018) 652 22 77 (070) 655 11 49 |
Sumqayıt şəhəri, 6-cı mkr, H.Salayev küç. 31A (Liman klinikasının yaxınlığı, AL marketlə üzbəüz) |
Kaspi Gəncə |
(070) 276 01 81 |
Gəncə şəhəri, Azərbaycan Bayrağı küç.124 (Gəncə Dövlət Universitetinin 2-ci korpusun yaxınlığı) |
Kaspi Masazır |
(070) 380 49 14 |
Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi 1E |
SON SÖZ: Uğurlu nəticənin adı var – Kaspi Abituriyent!
Uğurlu nəticələr hər il Kaspi Abituriyent tərəfindən yenidən və yenidən təsdiqlənir. Hər bir uğurun arxasında elmi əsaslara söykənən sistem, tələbəyönümlü yanaşma, müəllim-şagird əməkdaşlığı və davamlı psixoloji-motivasiya dəstəyi dayanır.
Hörmətli Valideynlər!
Övladınızı etibarlı əllərə, planlı və nəticəyönümlü bir sistemə həvalə edin. Kaspi Abituriyentdə hər bir şagirdə fərdi yanaşılır, biliklə yanaşı məqsədyönlü düşüncə, özünəinam və məsuliyyət hissi aşılanır.
Əziz Abituriyentlər!
Kaspi Abituriyent universitetlərə qəbul imtahanlarına hazırlıq prosesinin sizin üçün daha aydın, daha planlı və daha səmərəli keçməsini təmin edəcək. Bizimlə siz təkcə imtahana deyil, gələcəyinizə hazırlaşacaqsınız.
İndi qərar verin. Gələcəyinizi bugündən qurun. Şüarımız belədir: “Bugünün Kaspi abituriyenti sabahın universitet tələbəsidir!”
Kaspi.edu.az