Ali təhsil üzrə ixtisas təsnifatında mühüm dəyişikliklər edildi!
Ali təhsil üzrə ixtisas təsnifatında mühüm dəyişikliklər edildi!
Daha uyğun və məqsədyönlü seçim imkanı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2025-ci il tarixli 144 nömrəli qərarına əsasən, ali, orta ixtisas və peşə təhsili üzrə ixtisasların təsnifatında mühüm struktur və məzmun dəyişikliyi aparılıb. Bu dəyişikliklər, xüsusilə ali təhsilin bakalavriat səviyyəsində ixtisas qruplarının tərkibini və strukturunu əhatə edir.
Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az-a ali təhsil üzrə ixtisas təsnifatında edilən mühüm dəyişikliklərdən danışdı:
Niyə bu dəyişiklik edilib?
- Əmək bazarının tələbləri dəyişir.
- Yeni texnologiyalar və peşələr yaranır.
- Təhsil sistemi buna uyğunlaşdırılmalıdır.
- Abituriyentin gələcək karyerası üçün daha uyğun ixtisas seçməsi hədəflənir.
Nə dəyişdi?
- İxtisasların sayı artdı və strktur dəyişdi
- Alt qruplara daxil olan ixtisaslar dəqiqləşdirildi
- Yeni müasir ixtisaslar əlavə olundu
- Bəzi ixtisasların adları və aid olduqları qrup dəyişdi
İxtisas qrupları üzrə yeniliklər
I ixtisas qrupu – riyaziyyat-təbiət elmləri, texniki və eləcə də pedaqoji sahələr üzrə olan ixtisasları özündə ehtiva edir. 2 alt-qrupu vardır:
*Riyaziyyat-Kimya (RK)
*Riyaziyyat-İnformatika (Rİ)
Bu ixtisas qrupu üzrə 67 ixtisas müəyyən edilib və onlar da alt-qruplara aşağıdakı kimi bölünür:
- 56-sı RK alt-qrupuna
- 11-i Rİ alt-qrupuna daxildir.
Bu qrupda həm klassik mühəndislik ixtisasları, həm də müasir rəqəmsal sahələr birləşdirilib.
|
Riyaziyyat-kimya (RK) alt-qrupu üzrə ixtisasların yenilənmiş və əlavələr edilmiş adları bunlardır: |
|
1. Fizika müəllimliyi |
|
2. Riyaziyyat müəllimliyi |
|
3. Texnologiya müəllimliyi |
|
4. Fizika |
|
5. Geologiya |
|
6. Mexanika |
|
7. Riyaziyyat |
|
8. Riyaziyyat və fizika müəllimliyi |
|
9. Aerokosmik mühəndislik |
|
10. Aqromühəndislik |
|
11. Aviasiya təhlükəsizliyi mühəndisliyi |
|
12. Cihaz mühəndisliyi |
|
13. Dəniz naviqasiyası mühəndisliyi |
|
14. Ekologiya mühəndisliyi |
|
15. Elektrik və elektronika mühəndisliyi |
|
16. Energetika mühəndisliyi |
|
17. Geologiya və geofizika mühəndisliyi |
|
18. Geomatika və geodeziya mühəndisliyi |
|
19. Gəmi energetik qurğularının istismarı mühəndisliyi |
|
20. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi |
|
21. Hava nəqliyyatının hərəkətinin təşkili |
|
22. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi |
|
23. İnşaat mühəndisliyi |
|
24. Kənd təsərrüfatı texnologiyaları |
|
25. Kimya mühəndisliyi |
|
26. Kommunikasiya sistemləri mühəndisliyi |
|
27. Qida mühəndisliyi |
|
28. Qida texnologiyaları |
|
29. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi |
|
30. Maşın mühəndisliyi |
|
31. Materiallar mühəndisliyi |
|
32. Mexanika mühəndisliyi |
|
33. Meliorasiya mühəndisliyi |
|
34. Memarlıq |
|
35. Metallurgiya mühəndisliyi |
|
36. Mədən mühəndisliyi |
|
37. Mühəndislik fizikası |
|
38. Neft-qaz mühəndisliyi |
|
39. Nəqliyyat mühəndisliyi |
|
40. Nəqliyyat tikintisi mühəndisliyi |
|
41. Radiotexnika və telekommunikasiya mühəndisliyi |
|
42. Sənaye mühəndisliyi |
|
43. Şəhərsalma |
|
44. Şərabçılıq |
|
45. Uçuş mühəndisliyi |
|
46. Yanğın təhlükəsizliyi mühəndisliyi |
|
47. Aqronomluq |
|
48. Balıqçılıq |
|
49. Heyvandarlıq |
|
50. Meşəçilik |
|
51.Torpaqşünaslıq və aqrokimya |
|
52. Yerquruluşu və daşınmaz əmlakın kadastrı |
|
53. Zoomühəndislik |
|
54. Xüsusi rabitə vasitələri mühəndisliyi |
|
55. Sərhəd təhlükəsizliyi və idarəetmə |
|
56. Silah sistemləri mühəndisliyi |
|
Riyaziyyat-informatika (Rİ) alt-qrupu üzrə ixtisasların yenilənmiş və əlavələr edilmiş adları bunlardır: |
|
1. İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi |
|
2. Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi |
|
3. Kompüter elmləri |
|
4. Data analitikası |
|
5. İnformasiya texnologiyaları |
|
6. İnformasiya təhlükəsizliyi |
|
7. Kompüter mühəndisliyi |
|
8. Mexatronika və robototexnika mühəndisliyi |
|
9. Proqram təminatı mühəndisliyi |
|
10. Proseslərin avtomatlaşdırılması mühəndisliyi |
|
11. Sistemlər mühəndisliyi |
II ixtisas qrupu – iqtisadiyyat, maliyyə, menecment və eləcə də pedaqoji sahələr üzrə olan ixtisasları özündə ehtiva edir. Alt-qrupu yoxdur. Bu ixtisas qrupu üzrə 19 ixtisas müəyyən edilib.
|
II ixtisas qrupu üzrə ixtisasların yenilənmiş və əlavələr edilmiş adları bunlardır: |
|
1. Coğrafiya müəllimliyi |
|
2. Tarix və coğrafiya müəllimliyi |
|
3. Sosiologiya |
|
4. Davamlı inkişaf |
|
5. Beynəlxalq ticarət və logistika |
|
6. Biznesin idarə edilməsi |
|
7. Dövlət və bələdiyyə idarəetməsi |
|
8. İqtisadiyyat |
|
9. Maliyyə |
|
10. Marketinq |
|
11. Menecment |
|
12. Mühasibat |
|
13. Coğrafiya |
|
14. Hidrometeorologiya |
|
15. Statistika |
|
16. İdman menecmenti və kommunikasiya |
|
17. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) |
|
18. Turizm bələdçiliyi |
|
19.Turizm işinin təşkili |
III ixtisas qrupu – humanitar, sosial və eləcə də pedaqoji sahələr üzrə olan ixtisasları özündə ehtiva edir. 2 alt-qrupu vardır:
- Dil-Tarix (DT)
- Tarix-Coğrafiya (TC)
Bu ixtisas qrupu üzrə 28 ixtisas müəyyən edilib və onlar da alt-qruplara aşağıdakı kimi bölünür:
- 26-sı DT alt-qrupuna
- 2-si TC alt-qrupuna daxildir.
Bu qrupda əsasən dilçilik, ədəbiyyat, tarix, jurnalistika, psixologiya, sosiologiya və dini elmləri əhatə edir.
|
Dil-tarix (DT) alt-qrupu üzrə ixtisasların yenilənmiş və əlavələr edilmiş adları bunlardır: |
|
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi |
|
2. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə) |
|
3. Xarici dil müəllimliyi (dillər üzrə) |
|
4. Xüsusi pedaqogika |
|
5. İbtidai sinif müəllimliyi |
|
6. Məktəbəqədər təhsil |
|
7. Tarix müəllimliyi |
|
8. Təhsildə sosial-psixoloji xidmət |
|
9. Dinşünaslıq |
|
10. Dövlət və ictimai münasibətlər |
|
11. Fəlsəfə |
|
12. Filologiya (dil və ədəbiyyat göstərilməklə) |
|
13. Hüquqşünaslıq |
|
14. İslamşünaslıq |
|
15. Jurnalistika * |
|
16. Kitabxanaçılıq və informasiya fəaliyyəti |
|
17. Kommunikasiya və rəqəmsal media |
|
18. Politologiya |
|
19. Tarix |
|
20. Tərcümə (dillər üzrə) |
|
21. Ədəbi yaradıcılıq və ekran dramaturgiyası |
|
22. Muzey, arxiv işi və abidələrin qorunması |
|
23. Sənətşünaslıq (sahələr üzrə) |
|
24. Sosial iş |
|
25. Dövlət təhlükəsizliyi və idarəetmə |
|
26. İctimai təhlükəsizlik və idarəetmə |
|
Tarix-coğrafiya (TC) alt-qrupu üzrə ixtisasların yenilənmiş və əlavələr edilmiş adları bunlardır: |
|
1. Beynəlxalq münasibətlər |
|
2. Regionşünaslıq (regionlar və ya ölkələr üzrə) |
IV ixtisas qrupu – tibb, kimya, biologiya və eləcə də pedaqoji sahələr üzrə olan ixtisasları özündə ehtiva edir. Alt-qrupu yoxdur. Bu ixtisas qrupu üzrə 20 ixtisas müəyyən edilib.
|
IV ixtisas qrupu üzrə ixtisasların yenilənmiş və əlavələr edilmiş adları bunlardır: |
|
1. Biologiya müəllimliyi |
|
2. Kimya müəllimliyi |
|
3. Kimya və biologiya müəllimliyi |
|
4. Psixologiya |
|
5. Biologiya |
|
6. Biotexnologiya |
|
7. Ekologiya |
|
8. Kimya |
|
9. Su bioehtiyatları və akvakultura |
|
10. Bağçılıq və tərəvəzçilik |
|
11. Baytarlıq təbabəti |
|
12. Bitki mühafizəsi |
|
13. Əczaçılıq |
|
14. Fizioterapiya |
|
15. İctimai səhiyyə |
|
16. Qidalanma və diyetologiya |
|
17. Tibb bacısı (qardaşı) işi |
|
18. Hərbi tibb |
|
19. Stomatologiya |
|
20. Tibb |
V ixtisas qrupu – incəsənət və qabiliyyət tələb edən sahələr, və eləcə də pedaqoji sahələr üzrə olan ixtisasları özündə ehtiva edir. Alt-qrupu yoxdur. Bu ixtisas qrupu üzrə 22 ixtisas müəyyən edilib.
|
IV ixtisas qrupu üzrə ixtisasların yenilənmiş və əlavələr edilmiş adları bunlardır: |
|
1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi* |
|
2. Musiqi müəllimliyi* |
|
3. Təsviri incəsənət müəllimliyi* |
|
4. Aktyor sənəti (sahələr üzrə)* |
|
5. Bəstəkarlıq* |
|
6. Dekorativ-tətbiqi sənət (sahələr üzrə)* |
|
7. Dirijorluq (sahələr üzrə)* |
|
8. Dizayn (sahələr üzrə)* |
|
9. Heykəltəraşlıq* |
|
10. Xoreoqrafiya sənəti (sahələr üzrə)* |
|
11. İnstrumental ifaçılıq (sahələr üzrə)* |
|
12.Musiqişünaslıq* |
|
13. Operator sənəti* |
|
14. Qrafika* |
|
15. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)* |
|
16. Rejissorluq (sahələr üzrə)* |
|
17. Rəngkarlıq* |
|
18. Vokal sənəti (sahələr üzrə)* |
|
19. Adaptiv bədən tərbiyəsi* |
|
20. Kütləvi-sağlamlaşdırıcı idman* |
|
21. Məşqçilik* |
|
22. Ümumi fiziki hazırlıq* |
Bu ixtisaslara qəbul olmaq üçün abituriyentlər xüsusi qabiliyyət imtahanı verməlidir.
Nəticə olaraq, onu vurğulamaq lazımdır ki, bu dəyişikliklər abituriyentlərə daha uyğun və məqsədyönlü seçim imkanı yaradır, təhsil və əmək bazarını müasir dövrün tələblərinə uyğunlaşdırır, gələcəkdə ixtisaslı və peşəkar mütəxəssislərin yetişməsinə zəmin yaradır.
Əziz abituriyentlər! Dəyərli valideynlər!
Bu dəyişiklikləri nəzərə alaraq ixtisas seçiminizi daha məlumatlı, məqsədyönlü və gələcəyinizi düşünərək edin! Unutmayın ki, ixtisas seçimi insanın həyat yolunu, karyerasını və şəxsi inkişafını formalaşdıran ən həlledici addımlardan biridir. Uğurlarınız bol, yolunuz açıq, arzularınız gerçək olsun!
Kaspi.edu.az