XƏBƏRLƏR

Peşəkar və sağlam tədris mühiti

Kaspi Abituriyent Məktəbinin məzun və valideynlərinin təəssüratları

Kaspi Abituriyent Məktəbi fəaliyyətə başladığı 2024-2025-ci tədris ilini uğurla başa vurub. Bu tədris ili Məktəbin ilk məzun buraxılışı və onlara attestatların verilməsi ilə uğurlu təcrübə olub.

Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az-a bildirib ki, məzunlar həm buraxılış, həm də blok imtahanlarında uğurlu nəticələr göstəriblər: “İlk dəfə idi ki, bir il boyunca sistemli şəkildə təhsil alan, yalnız universitetlərə qəbul imtahanlarına deyil, həyata da hazırlanmış bir qrup gənci məzun kimi yola saldıq. Bu, sadəcə bir məktəbin məzunluq tədbiri deyildi – bu, təhsil modelimizin real nəticə verdiyini sübut edən ilk addım idi”.

Məzunlar və onların valideynləri də Kaspi Abituriyent Məktəbinin peşəkar tədris mühitini yüksək qiymətləndirir və digər valideynlərə məhz bu cür peşəkar və təhlükəsiz mühitdə təhsili tövsiyə edirlər.

“Seçimimizdən çox məmnunuq”

Məktəbin Azərbaycan bölməsi üzrə məzunu Əsəd Balacayev “Kaspi” mənim üçün çox dəyərli bir təcrübə oldu”- deyə bildirir: “Müəllimlərim çox savadlı və tələbkar idi, bu da dərslərə daha ciddi yanaşmağımı təmin etdi. Keçirilən sınaqlar və işlənilən əlavə testlər imtahan hazırlığı üçün çox önəmli rol oynadı. İmtahana inamla getməyimdə müəllimlərimin mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Təhsilimi Kaspi-də aldığım üçün çox razıyam”.

Valideyn Rübabə Balacayeva “Kaspi Abituriyent Məktəbi övladımın təhsilində mühüm rol oynayıb”- deyə sevincini bölüşür: “Bu məktəbdə dərs keyfiyyəti və müəllimlərin peşəkarlığı yüksək səviyyədədir. İmtahana hazırlıq dövründə Kaspi-nin psixoloji dəstəyi də çox önəmli oldu. Təhsildən əlavə, uşağa məsuliyyət hissi aşıladılar. Biz seçimimizdən çox məmnunuq”.

Peşəkar müəllimlərin dəstəyi

Məktəbin 2024-2025-ci tədris ili üzrə məzunu Ayan Qasımova fikirlərini bölüşür: “Kaspi Abituriyent Məktəbi ilk növbədə imtahan üçün bizi lazım olan bütün materiallarla təmin edən peşəkar müəllimlərdən ibarətdir. Məktəbin bütün müəllimləri tələbələrlə ortaq dil tapır və bununla da dərsləri aydın şəkildə izah edirlər. Kaspi Abituriyent Məktəbi mənə unudulmaz xatirələr, dostlarla ünsiyyət və müəllimlərin empatiyasını bəxş etdi. Yaxşı ki, təhsilimi bu məktəbdə almışam!”.

Valideyn Günel Qasımova da övladının təhsilindən çox məmnundur: “Övladımın rahatlığı üçün Kaspi Abituriyent Məktəbini seçdim. Bu məktəb şagirdi lazımsız məlumatlarla yükləmir, sadəcə lazım olanı öyrədir. Müəllimlər şagirdlərə qarşı mehriban və tələbkardır, problem yaranarsa, hər gün şagirdlərin davranışına, biliyinə qeydlər yazırlar. Həmçinin məktəbin psixoloqu lazım gələrsə şagirdlərin yanındadır. Şagirdlər bu məktəbdə peşəkar və təhlükəsiz tədris mühiti ilə əhatə olunublar. Mən bütün valideynlərə səslənirəm: əgər övladınızın stress olmadan və peşəkar müəllimlərin dəstəyi ilə təhsil almasını istəyirsinizsə, Kaspi Abituriyent Məktəbi sizin üçün əla  seçimdir!”

Sağlam və peşəkar mühit

Valideyn Gülşən Nəbiyeva övladı Əmirxanın məhz Kaspi Abituriyent Məktəbində təhsil almasından məmnundur: “Valideyn olaraq Kaspi məktəbi mənə övladımın sağlam mühitdə və peşəkar müəllimlərin əhatəsində təhsil almasını təmin etdi. Məktəb güvənilən bir ailə kimidir. Müəllimələrin şagirdlərə peşəkar yanaşması, onların sosiallaşmasına dəstəyi çox əhəmiyyətli oldu. Bu məktəbdə övladlarımızın təhsili ilə bərabər onlara göstərilən psixoloji dəstəyə də nail olduq”.

Kaspi Abituriyent Məktəbinin məzunu Əmirxan Nəbiyev “Kaspi”də aldığı təhsildən çox razıdır: “Mən peşəkar müəllimlərdən dərs aldım. İnanıram ki, onların etimadını doğruldub, ali məktəbə istədiyim ixtisas üzrə qəbul olacağam. Kaspi Abituriyent Məktəbinin bütün kollektivinə minnətdaram!”

Kaspi.edu.az

23.07.2025