XƏBƏRLƏR

Uğurlu başlanğıc, sistemli yol, strateji gələcək!

Kaspi Abituriyent Məktəbi ilk məzunlarına attestatlar verdi

Müasir Azərbaycan təhsilində fərqlənən və geniş fəaliyyət istiqamətlərinə malik olan Kaspi Təhsil Şirkəti artıq 17 ildən çoxdur ki, minlərlə şagirdin təhsil uğuruna dəstək verir. Təhsil müəssisəsi öz fəaliyyəti ilə tədris keyfiyyəti, məkətəbəqədər hazırlıq, abituriyent hazırlığı, lisey təhsili və xarici dillərin tədrisi sahələrində böyük nüfuz qazanıb. Bu uğurlu platforma üzərində qurulan yeni bir mərhələ isə Kaspi Abituriyent Məktəbinin yaranması oldu.

Kaspi Liseyinin yeni layihəsi olan Kaspi Abituriyent Məktəbi 2024-2025-ci tədris ilində ilk məzunlarının buraxılışını keçirdi və onlara attestatlarını tədim etdi.

Yeni nəsil məktəb modeli

Kaspi Liseyinin yeni layihəsi olan Kaspi Abituriyent Məktəbi – şagirdlərə həm dövlət attestatı, həm də ali məktəbə qəbul imtahanlarına yüksək səviyyəli hazırlıq təqdim edən təmayüllü, inteqrasiya olunmuş yeni nəsil məktəb modelidir. Bu məktəbdə:

  • Şagird həm tam orta təhsil rəsmi dövlət attestatı alır,
  • Həm də əlavə repititor hazırlığı və ya kursa ehtiyac duymadan, elə məktəbin daxilində sistemli şəkildə qəbul imtahanına – Buraxılış və Blok imtahanlarına eyni bir məkanda hazırlaşır.

2024–2025-ci tədris ilində fəaliyyətə başlayan Kaspi Abituriyent Məktəbi elə ilk ilində sınaqdan uğurla çıxaraq ilk məzunlarının buraxılşını keçirdi. Bu məzunlar təkcə uğurlu nəticələrlə deyil, düşüncəli, hədəfli və məsuliyyətli gənclər kimi yetişərək təhsil sistemində yeni bir yanaşmanın mümkün olduğunu sübut etdilər.

Kaspi Abituriyent xidmətinin rəhbəri Rəsul Ağayevlə müsahibəmizdə məqsədimiz bu yolun necə başladığını, hansı dəyərlər üzərində qurulduğunu və ilk uğurun necə formalaşdığını öyrənməkdir:

Bir ideyanın canlı təcəssümü

-Rəsul müəllim, Kaspi Abituriyent Məktəbi bu il ilk məzunlarına attestat verdi. Bu hadisə sizin üçün nə ifadə edir?

-Sözün əsl mənasında, bu bizim üçün çox xüsusi bir an oldu. İlk dəfə idi ki, bir il boyunca sistemli şəkildə təhsil alan, yalnız universitetlərə qəbul imtahanlarına deyil, həyata da hazırlanmış bir qrup gənci məzun kimi yola saldıq. Onların hər biri bizim üçün yalnız şagird yox, bir ideyanın, bir yanaşmanın canlı təcəssümü idi. Bu, sadəcə bir məktəbin məzunluq tədbiri deyildi - bu, təhsil modelimizin real nəticə verdiyini sübut edən ilk addım idi.

Sevindirici haldır ki, 1 il öncə irəli sürdüyümüz yeni ideya – Kaspi Liseyinin yeni layihəsi olan Kaspi Abituriyent Məktəbləri modeli artıq öz təsdiqini tapdı və məzunlarımız təhsillərini başa vuraraq, yeni bir mərhələyə qədəm qoydular.

Fəda­kar müəllim və valideyn əməyi

-Məzunların nəticələri və uğurları barədə nə deyə bilərsiniz?

-Nəticələr bizi sevindirdi. Məzunlarımız həm Buraxılış, həm də Blok imtahanlarında uğurlu nəticələr göstərdi. Bizim üçün, eləcə də onların tədris ili boyunca qazandığı özünə inam, məsuliyyət, düşünmə vərdişləri və məqsədə çatmaq bacarığı daha önəmlidir. Bu uğurların arxasında təkcə dərs saatları deyil, davamlı dəstək, psixoloji müşayiət, peşəkar müəllim yanaşması və ailə ilə əməkdaşlıq dayanır.

-Bu məqamda müəllim və valideyn amilinə toxundunuz. Məzunların uğurunda onların rolu necə qiymətləndirilir?

-Təhsil – birgə fəaliyyətdir, birgə əməkdir, birgə çalışmaqdır. Hər bir uğurlu məzunun arxasında fədakar bir müəllim və dəstək verən bir valideyn dayanır. Müəllimlərimiz – təkcə dərs keçməyiblər, onlar həm də şagirdlərimizə yol göstəriblər. Psixoloji yükün idarə olunmasında, motivasiyanın qorunmasında, sınaq nəticələrinin təhlilində və fərdi dəstəkdə çox böyük işlər görüblər.

Valideynlərimiz isə bu yolun səssiz qəhrəmanlarıdır. Övladlarının yanında olmaq, onların zəif anlarında ruhdan düşməsinə imkan verməmək, dəstək olmaq – təhsilin görünməyən, amma bünövrə səviyyəsində vacib dayaqlarıdır.

Eləcə də bu əməkdaşlığın qarşılıqlı şəkildə düzgün qurulması və idarə olunmasında xüsusi rol oynayan məktəbimizin inzibati heyəti, psixoloq və mentorları da ayrıca vurğulanmalıdır. Qayğı, diqqət və nəzarət sayəsində şagirdlərimiz, müəllimlərimiz və valideynlərimiz artıq tədris prosesinin birgə iştirakçılarına çevrilib.

Biz onların hər birinə təşəkkürümüzü bildiririk, çünki biz uğuru kollektiv düşünürük. Bu uğur – birlikdə yol getməyin bəhrəsidir.

Şagirdlərin, müəllimlərin və valideynlərin əzmi

-Builki nəticələr Kaspi Abituriyent Məktəbi modelinin nə qədər uğurlu bir model olduğunu bir daha sübut etdi. Bəs növbəti illər üçün hansı addımlar planlaşdırılır?

Əldə olunan uğurlar bizə bir mesaj verdi: daxili sistemli struktur, təlimin məqsədyönlü təşkili və şagirdmərkəzli yanaşma ilə təhsildə keyfiyyət mümkündür. Bu istiqamətlər bizim üçün prioritetlərdir.

Eləcə də Kaspi Abituriyent Məktəblərinin Bakıda və digər regionlarımızda açılması da daha çox sayda vətəndaşlarımızın bu xidmətdən istifadə etməsinə və faydalanmasına gətirib çıxracaq. İlk olaraq, Gəncə şəhərində Kaspi Abituriyent Məktəbi artıq fəaliyyətə başlayıb və Qeydiyyat davam edir. Növbəti il məhz Gəncədə də ilk məzunlarımızın olacağına inanırıq.

-İlk məzunlarınıza, onların valideynlərinə və müəllimlərinə nə demək istərdiniz?

-Onlara ürəkdən təşəkkür edirəm və eyni zamanda, təbrik edirəm! Məzunlarımız bizim üçün bir tarix yazdılar. Onlar göstərdilər ki, əgər bir gəncə şərait, dəstək və istiqamət verilərsə, o, istənilən hədəfə çata bilər.

Əziz məzunlar! Yolunuz açıq olsun! Siz bizim üçün həm uğurun, həm də inamın simvolusunuz. İndi isə daha böyük bir yola çıxırsınız – özünüzü reallaşdırmaq, cəmiyyətə töhfə vermək və əsl mənada faydalı bir vətəndaş olmaq yolu.

Hörmətli müəllimlər! Sizin izah etdiyiniz hər mövzu və tapşırıq, verdiyiniz həyat məsləhəti indi nəticə verib. Şagirdlərinizin uğurunda sizlərin əməyi və zəhməti əvəzsizdir.

Dəyərli valideynlər! Övladınıza dəstək olmaq yolunda siz böyük fədakarlıq göstərdiniz. Biz sizin etimadınızı doğrultduqsa, bu, bizim üçün ən böyük uğurdur.

Bütün bu nailiyyətin hər cümləsində, hər cavabında, hər balında bizim və sizin, yəni şagirdlərimizin, onların müəllimlərinin və valideynlərinin əzmi, zəhməti, diqqəti var. Biz bu uğuru birlikdə mümkün etdik!

-Təşəkkür edirik, Rəsul müəllim. Bu uğurlu yolun davamını səbirsizliklə gözləyirik!

-Mən təşəkkür edirəm! Gəlin, təhsili birlikdə gücləndirək, dəyərlə, dəstəklə və gələcəklə birlikdə quraq!

 

Kaspi.edu.az

18.07.2025