Uğur bu məktəbdə başlayır!
Kaspi Abituriyent Məktəbi ilk məzunlarına Attestatlar verdi
2024–2025-ci tədris ilində fəaliyyətə başlayan Kaspi Abituriyent Məktəbi elə ilk tədris ilində sınaqdan uğurla çıxaraq ilk məzun törənini (Gününü, Buraxılşını) keçirib. Məktəbin ilk məzunlarına artıq Attestatlar verilib. Təntənəli mərasimə valideynlər, müəllim heyəti, ictimaiyyət nümayəndələri qatılıb və məzunların sevincini bölüşüblər.
Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev bildirir ki, 1 il öncə irəli sürdükləri yeni ideya – Kaspi Liseyinin yeni layihəsi olan Kaspi Abituriyent Məktəbləri modeli artıq öz təsdiqini tapdı və məzunlar təhsillərini başa vuraraq, yeni bir mərhələyə qədəm qoydular. R.Ağayevin sözlərinə görə, məzunlar həm Buraxılış, həm də Blok imtahanlarında uğurlu nəticələr göstəriblər: “Bu məzunlar təkcə uğurlu nəticələrlə deyil, düşüncəli, hədəfli və məsuliyyətli gənclər kimi yetişərək təhsil sistemində yeni bir yanaşmanın mümkünlüyünü təsdiq etdilər. Sözün əsl mənasında, bu, bizim üçün çox xüsusi bir an oldu. İlk dəfə idi ki, bir il boyunca sistemli şəkildə təhsil alan, yalnız universitetlərə qəbul imtahanlarına deyil, həyata da hazırlanmış bir qrup gənci məzun kimi yola saldıq. Bu, sadəcə bir məktəbin məzunluq tədbiri deyildi – bu, təhsil modelimizin real nəticə verdiyini sübut edən ilk addım idi”.
Kaspi Liseyinin yeni layihəsi olan Kaspi Abituriyent Məktəbi – şagirdlərə həm dövlət attestatı, həm də ali məktəbə qəbul imtahanlarına yüksək səviyyəli hazırlıq təqdim edən təmayüllü, inteqrasiya olunmuş yeni nəsil məktəb modelidir. Bu məktəbdə şagird həm tam orta təhsil rəsmi dövlət attestatı alır, həm də əlavə repititor hazırlığı və ya kursa ehtiyac duymadan, elə məktəbin daxilində sistemli şəkildə qəbul imtahanına – Buraxılış və Blok imtahanlarına eyni bir məkanda hazırlaşır.
R.Ağayev Kaspi Abituriyent Məktəbinin gələcək planları barədə danışaraq bildirir ki, qarşıdakı illərdə Məktəb daha da genişlənəcək: “Kaspi Abituriyent Məktəblərinin Bakıda və digər regionlarımızda açılması daha çox sayda vətəndaşlarımızın bu xidmətdən istifadə etməsinə və faydalanmasına səbəb olacaq. İlk olaraq, Gəncə şəhərində Kaspi Abituriyent Məktəbi artıq fəaliyyətə başlayıb və Qeydiyyat davam edir. Növbəti il məhz Gəncədə də ilk məzunlarımızın olacağına inanırıq”.
Hazırda Kaspi Abituriyent Məktəblərinə 8-ci, 9-cu, 10-cu və 11-ci siniflər üzrə QEYDİYYAT davam edir.
Niyə Kaspi Abituriyent Məktəbi?
- Rəsmi Dövlət Attestatı ilə tam orta təhsil imkanı
- Lisey təhsil modeli – kurs qiymətinə
- Münasib, rahat aylıq ödəniş şərtləri!
- Buraxılış və Blok imtahanlarına tam hazırlıq
- Sistemli tədris proqramı
- Peşəkar müəllim heyəti
Siz də həm rəsmi dövlət attestatını əldə etmək, həm də peşəkar müəllim heyətindən dərs alaraq, universitetlərə qəbul imtahanına sistemli şəkildə hazırlaşmaq istəyirsinizsə, Kaspi Abituriyent Məktəbi Sizin üçün tam doğru seçimdir!
Kaspi Abituriyent Məktəbləri:
1 saylı Əhmədli Tədris Korpusu:
- Ünvan: Seyid Mirhəsən Ağa 1. (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı)
- Əlaqə nömrəsi: (012) 370 74 05; (070)370 74 05
2 saylı Gəncə Tədris Korpusu
- Ünvan: Azərbaycan bayrağı küçəsi 124 (GDU 2-ci korpusun yanı)
- Əlaqə: (070) 276 01 81
kaspi.edu.az