XƏBƏRLƏR

Müstəqil həyata sələyən "Son zəng"

Yolunuz uğurlu olsun!

Kaspi Bakıxanov liseyində 2024/2025-ci tədris ilinin  məzunları üçün “Son zəng” və məzuniyyət proqramı keçirilib.

Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın verdiyi məlumata görə, “Son zəng” tədbirinə liseyin həyətində start verilib: “Tədbirə valideynlər də dəvət olunmuşdu. Maraqlı tədbir liseyin AKT zalında, məzunların təsirli çıxışları ilə başa çatdı”.

Tədbirdə Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva çıxış edərək məzunlara arzularını bildirib, onlara uğurlar arzulayıb: “İnanırıq ki, siz gələcək təhsil həyatınızda da uğurlar qazanacaq, ürəyiniz istəyən ixtisasa sahib olacaqsınız. Siz hamınız gələcəkdə yaxşı mütəxəssis və layiqli vətəndaş kimi ölkəmizə xidmət edəcəksiniz. Hamınızı təbrik edirəm!”

Liseylər üzrə akademik kurator Namik Cümşüdov və liseyin direktoru Cahid Hüseynov da öz növbələrində çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar diləyiblər.

Tədbirin sonunda son zəng çalınaraq məzunları müstəqil həyata səsləyib.

Kaspi Liseyini bitirən bütün məzunlara uğur və nailiyyətlər arzulayırıq!

Yolunuz uğurlu olsun!

Kaspi.edu.az

16.06.2025