Qurban Bayramınız mübarək!
İslam aləmində ən müqəddəs bayram
Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. 6 İyun tarixində bütün dünyada müsəlmanlar Qurban bayramını qeyd edirlər.
Kaspi.edu.az xəbər verir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd edilir.
Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur.
Bu bayramın əsas mahiyyəti qurbanlıq heyvanın ətini imkansız insanlara bölüşmək, onları sevindirməkdir. Ayinin də əsasında, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Kaspi Təhsil Şirkəti Azərbaycan xalqının və dünya müsəlmanlarının Qurban bayramını təbrik edir!
Kaspi.edu.az