XƏBƏRLƏR

Cümhuriyyətə həsr olunan tədbir

Vətənpərvərlik və milli kimlik duyğularını gücləndirmək üçün

Kaspi Ağ Şəhər liseyində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. "Tədbirin məqsədi şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə məlumat vermək, onlarda vətənpərvərlik və milli kimlik duyğularını gücləndirmək idi"-deyə liseyin məlumatında qeyd edilib.

Tədbir zamanı şagirdlərə tarixi məlumat təqdim olunub, Cümhuriyyətə həsr olunmuş səhnəcik nümayiş etdirilib. Həmçinin şagirdlərin ifasında şeirlər səsləndirilib, "Cümhuriyyət nəğməsi" ifa olunub və milli rəqs təqdim edilib: "Bu fəaliyyətlər şagirdlərin həm biliklərini artırdı, həm də onların yaradıcılıq və səhnə bacarıqlarını inkişaf etdirdi". Tədbir müəllim və şagird kollektivi tərəfindən maraqla qarşılanıb.

Kaspi.edu.az

27.05.2025