XƏBƏRLƏR

Tarix və Coğrafiya fənn birləşməsinin bilik yarışı

Finalda Bakıxanov və Ağ Şəhər filialının şagirdləri yarışacaq

Kaspi Ağ Şəhər liseyində Tarix və Coğrafiya fənn birləşməsinin fənn həftəsi fəaliyyəti proqramı üzrə bilik yarışının məktəb turu keçirilib. Yarışda 6-8-ci sinif şagirdləri iştirak edib. Hər komandada 6 nəfər olmaqla 8 komanda yarışda mübarizə aparıb.

Yarışın sonunda əldə etdikləri xallara görə 3 komanda finala vəsiqə qazanıb.

Finalda Bakıxanov və Ağ Şəhər filialının şagirdləri yarışacaqlar.

kaspi.edu.az

21.04.2025