XƏBƏRLƏR

Tarix və Coğrafiya fənləri üzrə bilik yarışı

Qalib komandalar sertifikat və medallarla təltif olunublar

Kaspi Bakəxanov liseyində  6-8-ci sinif şagirdləri arasında Tarix və Coğrafiya fənləri üzrə bilik yarışı təşkil olunub. “Yarışın əsas məqsədi şagirdlərin bu fənlərə marağını artırmaq, analitik düşüncə və ümumi dünya görüşünü inkişaf etdirmək idi”- deyə Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyeva kaspi.edu.az-a bildirib: “Yarışda böyük həvəslə iştirak edən şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Sonda qalib gələn komandalar sertifikat və medallarla təltif olundular”. Məlumatda qeyd edilir ki, bundan əlavə, 5-ci sinif şagirdləri üçün interaktiv və əyləncəli formatda Kahoot yarışı təşkil edilib: “Bu yarış da balacalar arasında yüksək maraqla qarşılandı və onlar üçün əyləncəli bir öyrənmə təcrübəsi oldu”.

kaspi.edu.az

18.04.2025