Liseydə "Açıq qapı" günü
Şagirdlər ev sahibi rolunda
Kaspi Bakıxanov liseyində “Açıq qapı” günü keçirilib.
Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın verdiyi məlumata görə, şagirdlər gələn qonaqları sinif otaqları, laboratoriyalar, idman zalları, dərnək otaqları ilə tanış ediblər. Direktor və direktor müavinləri liseyə gələn valideynlərlə görüşüb onları maraqlandıran sualları ətraflı şəkildə cavablandırıblar.
kaspi.edu.az