"Arxeologiyaya nədir?" mövzusunda seminar
Auditoriyaya arxeoloji qazıntıların mahiyyəti, tədqiqat metodları və maddi-mədəni irsin qorunması haqqında ətraflı məlumat verilib
Kaspi Bakıxanov liseyində tarix fənn rəhbərliyinin təşkilatçılığı ilə tarixə və arxeologiyaya maraq göstərən şagird və müəllimlər üçün maarifləndirici seminar keçirilib. Seminarın qonağı AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli olub.
Liseydən verilən məlumata görə, seminarda həm nəzəri, həm də praktik bilgilər təqdim olunub. Arxeoloji qazıntıların mahiyyəti, tədqiqat metodları və maddi-mədəni irsin qorunması haqqında ətraflı məlumat verilib.
kaspi edu.az