Tarix və arxeologiyaya dair maarifləndirici seminar
Tədbirdə həm nəzəri, həm də praktik bilgilər təqdim olunub
Kaspi Ağ Şəhər liseyində tarix və arxeologiyaya dair maarifləndirici seminar keçirilib. Görüşün qonağı Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli olub. Liseydən verilən məlumata görə, seminarda həm nəzəri, həm də praktik bilgilər təqdim olunub: “Arxeoloji qazıntıların mahiyyəti, tədqiqat metodları və maddi-mədəni irsin qorunması haqqında ətraflı məlumat verildi”.
kaspi.edu.az