XƏBƏRLƏR

Azərbaycan Yazıçılar Birliyində görüş

Liseyin əməkdaşları Xalq yazıçısı Anarın qonağı olub

Kaspi Ağ Şəhər Liseyinin rəhbərliyi və müəllim heyəti Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin qonağı olub.

“Anar müəllimlə aparılan görüş çox faydalı və ilhamverici oldu. Onun ədəbiyyat, yazıçılıq və həyat haqqında dəyərli fikirləri bizə böyük ilham verdi. Görüşdə Anar müəllim ədəbiyyatın gücü və yazının əhəmiyyəti barədə maraqlı söhbətlər apardı”- deyə liseyin direktoru Həsən Həsənov qeyd edir. AYB sədri tez-tez Kaspi Liseyində təşkil olunan görüşlərdən və bunların əhəmiyyətindən də danışıb.

Növbəti görüşün liseydə keçirilməsi nəzərdə tutulur.

kaspi.edu.az

02.04.2025