İlaxır Çərşənbəniz mübarək!
Axır çərşənbə günü bayram süfrəsi açılır, tonqal qalanır, plov dəmlənir, səməni, xonça bəzədilir
Bu gün Azərbaycanda Novruz bayramının 4 çərşənbəsindən sonuncusu, İlaxır çərşənbə – Torpaq çərşənbəsidir.
kaspi.edu az. xəbər verir ki, Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir - Su, Od, Yel və İlaxır çərşənbə - Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
Axır çərşənbə günü bayram süfrəsi açılır, tonqal qalanır, plov dəmlənir, səməni, xonça bəzədilir. İlaxır çərşənbənin qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələri var. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər.
Qeyd edək ki, martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
İlaxır Çərşənbəniz mübarək!
kaspi.edu.az