Şagirdlərimiz qızıl və bürünc medallar qazandılar
Məktəblərarası IX Bilik sərgisi təşkil olunub
Azərbaycan Britaniya Kollecində məktəblərarası IX Bilik sərgisi təşkil olunub. Sərgidə Kaspi Ağ Şəhər Liseyinin şagirdləri də layiqincə iştirak ediblər.
Sərgidə iştirak edən Carbon Capture İnnovation komandasının üzvləri Şəbnəm Aslanzadə, Banu Hüseynli və Məryəm Zamanlı qızıl medal, Tesla Coil komandasının üzvləri Elmar Aslanzadə, Samir Abdullayev və Çinar Abdullayev isə bürünc medal qazanıblar.
Şagirdlərimizi uğurları münasibəti ilə təbrik edirik!
kaspi.edu.az