Şagirdlərimiz finalda!
Şəms Əliyeva və İbrahim Valehli Respublika Fənn Olimpiadasının finalına vəsiqə qazanıblar
Kaspi Liseyinin şagirdlərinin Respublika Fənn Olimpiadalarında uğurlu çıxışı davam edir. Qürurvrici haldır ki, şagirdlərimizdən Şəms Əliyeva və İbrahim Valehli olimpiadanın finalına vəsiqə qazanıblar.
kaspi edu.az xəbər verir ki, Kaspi Bakıxanov liseyinin 10-cu sinif şagirdi Şəms Əliyeva Respublika Fənn Olimpiadasında biologiya fənni üzrə final mərhələsinə vəsiqə qazanıb.
Kaspi Ağ Şəhər liseyinin XI sinif şagirdi İbrahim Valehli isə Fizika fənni üzrə final mərhələsinə vəsiqə qazanıb.
Hər iki şagirdimizi təbrik edir və finalda uğur qazanmalarını arzulayırıq!
kaspi.edu.az