XƏBƏRLƏR

Kaspi Kids şagirdlərinin 1-ci Rəsm Sərgisi keçiriləcək

Balaca rəssamların işləri ilə siz də tanış olun

Xətai Sənət Mərkəzində (Xocalı Heykəlinin yanı) Kaspi Kids şagirdlərinin 1-ci Rəsm Sərgisi keçiriləcək.

Kaspi Kids-dən verilən məlumata görə, "Hər uşaq bir çiçəkdir" adlı sərgidə nümayiş etdiriləcək əl işləri Kids mərkəzlərində/bağçalarında təhsil alan balaca dostlarımız tərəfindən hazırlanıb.

Kids-dəki balaca rəssamların dünyalarını görmək, istedadlarına şahid olmaq istəyirsinizsə, Cümə günü, saat 11-də sərgidə iştirak edə bilərsiniz.

Giriş sərbəstdir.

kaspi.edu.az

28.01.2025