İzmirdə Bürünc medal qazandıq
Şagirdlərimiz 11 Bürünc medalla Vətənə qayıdırlar
Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir şəhərində dünyanın gənc alimlərinin qatıldığı Beynəlxalq İzmir İnnovasiya, Elm, Enerji, Mühəndislik Sərgisi (IISEEF) yarışması keçirilib. 28 Noyabr - 3 Dekabr tarixləri arasında keçirilən yarışmada dünyanın 10 ölkəsindən 53 iştirakçı və onların müəllimləri iştirak ediblər.
Kaspi Liseyinin şagird və müəllim heyəti də Beynəlxalq Layihə Olimpiadasına qatılıb.
Hazırda Türkiyədə olan Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənovun kaspi.edu.az-a verdiyi məlumata görə, bu gün keçirilən mükafatlandırma mərasimi Kaspi Liseyinin kollektivi üçün də uğurla nəticələnib. Şagirdlərimiz olimpiadanın Bürünc mükafatını qazanıblar. Beləliklə, Kaspi Liseyinin şagirdləri 3 günlük yarışmadan sonra 11 Bürünc medalla Vətənə qayıdırlar.
Şagird və müəllimlərimizi Beynəlxalq Layihə Olimpiadasında uğurlarına görə təbrik edirik!
kaspi.edu.az