Gələcəyin aparıcı alimləri İzmirdə toplaşıb
10 ölkədən 53 iştirakçının qatıldığı yarışmada Kaspi Liseyinin şagird və müəllimləri də iştirak edir
Türkiyənin İzmir şəhəri dünyanın hər yerindən gənc alimlərə ev sahibliyi edir. 28 Noyabr - 3 Dekabr tarixləri arasında keçirilən Beynəlxalq İzmir İnnovasiya, Elm, Enerji, Mühəndislik Sərgisi (IISEEF) çərçivəsində 10 ölkədən 53 iştirakçı və onların müəllimləri İzmirin tarixi və turistik gözəlliklərini kəşf edirlər.
Beynəlxalq Gənc Alimlər Dərnəyi (UGBİD) və “İzmir Özel Denge Okulları” ilə birgə təşkil edilən yarışma elmi layihələrin sərgiləndiyi bir platforma olmaqdan kənara çıxır və İzmirin tanıdılmasına əhəmiyyətli töhfələr verir. Rusiya, Tayvan, Azərbaycan, Pakistan, İtaliya, Rumıniya, Cənubi Afrika və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən yarışa qatılan gənclər Səlcuq, Efes, Məryəm Ana Evi və Şirince kimi əhəmiyyətli yerləri ziyarət ediblər. Qeyd edək ki, Kaspi liseyinin şagirdləri və müəllimlərindən ibarət 4 komanda Layihə Olimpiadasında iştirak edir.
“İzmir Özel Denge Okulları” İdarə Heyətinin sədri Alaaddin Kurt tədbirin elm və incəsənət, mədəniyyət və dostluğun bir araya gəldiyi çoxşaxəli bir təşkilat olduğuna diqqət çəkib: “Gələcəyin alimlərini İzmirdə qonaq etməkdən qürur duyuruq. Bu tədbir həm elm dünyasına, həm də ölkəmizə böyük töhfələr verir. Bundan əlavə, İzmirin gözəlliklərini gənclərə tanıtdıraraq, onlarda unudulmaz xatirələr toplamağa şərait yaradırıq”.
Beş Kateqoriyada Layihə Təqdimatı
Təşkilat Komitəsinin sədri Ümit Karademir bildirib ki, yarışmanın məqsədi 14-19 yaş qrupunda olan gəncləri elm damı altında bir araya gətirmək və onların sosiallaşmasını təmin etməkdir. Karademir bildirib ki, tədbir çərçivəsində gənclər Fizika, Kimya, Biologiya, Mühəndislik-Energetika, Riyaziyyat-Kompüter kimi beş fərqli kateqoriyada layihələrini münsiflər heyətinə təqdim edəcək və onlara hər kateqoriyada mükafatlar veriləcək.
Karademir münsiflər heyəti üzvlərinin milli və beynəlxalq layihələri qiymətləndirəcəklərini və dünya üzrə elm sərgilərində nümayiş olunacaq layihələri seçəcəklərini açıqlayıb.
Soruşan və Sual verən Gənc
Karademir təşkilatın təkcə bir yarışma olmadığını, elm və mədəniyyətin paylaşılması baxımından da böyük dəyərə malik olduğunu bildirib: “Bu tədbir tədqiqat aparan, sual verən və elmi metodlarla işləmə prinsipini mənimsəyən gənclərə müraciət edir. Biz burada gələcəyin aparıcı alimlərini qəbul edirik. Gənclərimiz öz elmi layihələrini təqdim edərkən mədəniyyətimizlə tanış olmaq imkanı əldə edirlər”.
Yarışmanın əsas tədbirləri 30 noyabr və 1 dekabr tarixlərində Çiğlidəki İzmir Özəl Denge Okulunda keçirilib. Karademir Atatürkün yolunu davam etdirən elm və mədəniyyət platforması yaratdıqlarını bildirib və bütün izmirliləri tədbirə dəvət edib.
Bu gün yarışmanın son günüdür və mükafatlandırma mərasimi keçiriləcək.
Şagirdlərimizdən uğurlar nəticələr gözləyir və nailiyyətlər arzulayırıq!
kaspi.edu.az