III ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr
Artıq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları yekunlaşıb, abituriyentlərin imtahan nəticələri bəlli olub. DİM tərəfindən verilən məlumata əsasən ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2024‑cü il avqustun 9-dan 19-dək internet vasitəsilə aparılacaqdır. DİM valideyn və abituriyentlər üçün ixtisas seçimi zamanı faydalı olacaq statistik məlumat kitabçaları, ötən ilki keçid balları üzrə xüsusi buraxılış və jurnallar nəşr etmişdir. Bütün bunlardan istifadə edərək, Kaspi Təhsil Şirkətinin ekspertləri ixtisas qrupları üzrə cari vəziyyəti analiz edib, ötən ilki məlumatlarla müqayisə aparıb, valideyn və abituriyentlərin seçim zamanı diqqət yetirməli olduqları vacib məqamları müəyyənləşdirib. İxtisas seçimi olduqca ciddi və məsuliyyətli bir mərhələdir. Burada diqqətli və ehtiyatlı davranmaq, seçim etmək lazımdır.
III ixtisas qrup üzrə abituriyentlərin imtahan nəticələrinin analizi və müqayisəsi
Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Dil-Tarix (DT) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 10509 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 1125 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 1860 nəfər, ümumilikdə tələbə qəbulu planı 13494 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 4068 nəfərdir.
Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Tarix-Coğrafiya (TC) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 1345 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 285 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 335 nəfər, ümumilikdə tələbə qəbulu planı 1965 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 250 nəfərdir.
Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna ÜMUMİLİKDƏ Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 11854 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 1410 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2195 nəfər, ümumilikdə tələbə qəbulu planı 15459 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 4318 nəfərdir.
İmtahan nəticələrinə əsasən ümumi Dil-Tarix (DT) altqrupu üzrə balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 15568 abituriyent - Azərbaycan bölməsi üzrə 13974 nəfər və rus bölməsi üzrə 1594 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 19865 abituriyent - Azərbaycan bölməsi üzrə 17756 nəfər və rus bölməsi üzrə 2109 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.
İmtahan nəticələrinə əsasən ümumi Tarix-Coğrafiya (TC) altqrupu üzrə balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 3630 abituriyent - Azərbaycan bölməsi üzrə 3029 nəfər və rus bölməsi üzrə 601 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 5700 abituriyent - Azərbaycan bölməsi üzrə 4691 nəfər və rus bölməsi üzrə 1009 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.
Aşağıdakı məqamlara diqqət yetirin:
1) Ötən il – 2023-cü il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Dil-Tarix (DT) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 676 nəfər azaldımış, rus bölməsi üzrə 122 nəfər azaldılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə sayda dəyişiklik yoxdur, cəmi tələbə qəbulu planı 798 nəfər azaldılmışdır.
2) Ötən il – 2023-cü ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Tarix-Coğrafiya (TC) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 95 nəfər artırılmış, rus bölməsi üzrə 20 nəfər artırılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 75 nəfər artırılmış, cəmi tələbə qəbulu planı 190 nəfər artırılmışdır.
3) Ötən il – 2023-cü il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna ÜMUMİLİKDƏ (DT+TC altqrupuları üzrə birlikdə) Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 581 nəfər azaldılmış, rus bölməsi üzrə 102 nəfər azaldılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 75 nəfər artırılmış, cəmi tələbə qəbulu planı 608 nəfər azaldılmışdır.
4) Ötən il – 2023-cü il ilə müqayisədə Dövlət Sifarişi üzrə tələbə qəbulu planı Dil-Tarix (DT) altqrupu üzrə 23 nəfər artırılmış, Tarix-Coğrafiya (TC) altqrupu üzrə 30 nəfər artırılmış; və ümumilikdə 53 nəfər artırılmışdır.
III ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr
1) Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Dil-Tarix (DT) altqrupu üzrə tələbə qəbulu planı 13494 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı 15568 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 19865 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, bütün abituriyentlər ixtisas seçimi edərkən, diqqətli və ehtiyatlı davranmalıdırlar, çünki ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 2074 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 6371 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər çoxdur. Bu olduqca böyük bir rəqəmdir. Dil-Tarix (DT) altqrupu üzrə 250-260 baldan aşağı nəticə göstərən abituriyentlər ixtisas seçimində çox diqqətli olmalıdır.
Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Tarix-Coğrafiya (TC) altqrupu üzrə tələbə qəbulu planı 1965 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı 3630 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 5700 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, bütün abituriyentlər ixtisas seçimi edərkən, diqqətli və ehtiyatlı davranmalıdırlar, çünki ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 1665 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 3735 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər çoxdur. Bu olduqca böyük bir rəqəmdir. Tarix-Coğrafiya (TC) altqrupu üzrə 330-340 baldan aşağı nəticə göstərən abituriyentlər ixtisas seçimində çox diqqətli olmalıdır.
2) Dövlət sifarişi üzrə tələbə qəbulu planı Dil-Tarix (DT) altqrupu üzrə 4068 nəfər təşkil edir. Bu da o deməkdir ki, 480-490 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 4071 abituriyent 480 baldan yuxarı nəticə göstərmişdir.
Dövlət sifarişi üzrə tələbə qəbulu planı Tarix-Coğrafiya (TC) altqrupu üzrə 250 nəfər təşkil edir. Bu da o deməkdir ki, 490-500 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 295 abituriyent 490 baldan yuxarı nəticə göstərmişdir.
Əlbəttə balı daha yüksək olan abituriyentlər seçim zamanı 15 mümkün yerdən daha çoxuna Dövlət sifarişi qeyd edə bilər, lakin balı nisbətən aşağı olan abituriyentlər isə diqqətli davranmalıdırlar, onlar seçim zamanı ödənişli əsaslara daha üstünlük verməlidir.
3) Dil-Tarix (DT) altqrupu üzrə 480 baldan aşağı, Tarix-Coğrafiya (TC) altqrupu üzrə 490 baldan aşağı nəticə göstərən abituriyentlər ödənişli əsasları seçə bilər.
4) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il – 2023-cü il ilə müqayisədə Dil-Tarix (DT) altqrupunda:
- Azərbaycan bölməsi üzrə 350-700 bal aralıqlarında abituriyentlərin sayında xeyli artım var. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2023-cü il ilə müqayisədə 676 nəfər azalıb. Bu da o deməkdir ki, Azərbaycan bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında artım baş verəcəkdir, ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 20-30-40 bal yüksək yerləri yaza bilər və seçimdə çox diqqətli olmalıdır.
- Rus bölməsi üzrə 250-700 bal aralıqlarında abituriyentlərin sayında xeyli artım var. Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2023-cü il ilə müqayisədə 122 nəfər azalıb. Bu da o deməkdir ki, Azərbaycan bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında artım baş verəcəkdir, ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 20-30-40 bal yüksək yerləri yaza bilər və seçimdə çox diqqətli olmalıdır.
- Həm Azərbaycan, həm də rus bölmələrində ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin bal aralıqlarında saylarında da çox ciddi bir artım var. Ona görə də seçim zamanı olduqca diqqətli olmaq lazımdır və daha çox ödənişli ixtisaslar seçmək zəruridir.
5) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il – 2023-cü il ilə Tarix-Coğrafiya (TC) altqrupunda:
- Azərbaycan bölməsi üzrə 400-700 bal aralıqlarında abituriyentlərin sayında xeyli artım var. Bu da o deməkdir ki, yüksək keçid balları dəyişəcəkdir və artacaq; ona görə də seçim zamanı diqqətli olmaq lazımdır. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2023-cü il ilə müqayisədə 95 nəfər artıb. Bu da abituriyentlərin xeyrinə olan bir amildir. Ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 20-30 bal yüksək yerləri yaza bilər və seçimdə çox diqqətli olmalıdır.
- Rus bölməsi üzrə 250-700 bal aralıqlarında abituriyentlərin sayında xeyli artım var. Bu da o deməkdir ki, yüksək keçid balları dəyişəcəkdir və artacaq; ona görə də seçim zamanı diqqətli olmaq lazımdır. Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2023-cü il ilə müqayisədə 20 nəfər artıb. Bu da abituriyentlərin xeyrinə olan bir amildir. Ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 20-30 bal yüksək yerləri yaza bilər və seçimdə çox diqqətli olmalıdır.
- Həm Azərbaycan, həm də rus bölmələrində ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin bal aralıqlarında saylarında da çox ciddi bir artım var. Ona görə də seçim zamanı olduqca diqqətli olmaq lazımdır və daha çox ödənişli ixtisaslar seçmək zəruridir.
6) Dil-Tarix (DT) altqrupu üzrə 250 baldan aşağı, Tarix-Coğrafiya (TC) altqrupu üzrə isə 330 baldan aşağı nəticə göstərən abituriiyentlər seçimləri zamanı çox diqqətli olmalıdırlar. Belə ki, onların ali təhsil müəssisələrinə qəbul ola bilməmək kimi ehtimalı çox yüksəkdir. Çünki Dil-Tarix (DT) altqrupu üzrə ümumi qəbul planı 13494 nəfər olduğu halda, 14397 nəfər abituriyent 250 baldan yuxarı nəticə göstərmişdir; Tarix-Coğrafiya (TC) altqrupu üzrə isə ümumi qəbul planı 1965 nəfər olduğu halda, 1989 nəfər abituriyent 330 baldan yuxarı nəticə göstərmişdir.