I ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr
Artıq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları yekunlaşıb, abituriyentlərin imtahan nəticələri bəlli olub. DİM tərəfindən verilən məlumata əsasən ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2024‑cü il avqustun 9-dan 19-dək internet vasitəsilə aparılacaqdır. DİM valideyn və abituriyentlər üçün ixtisas seçimi zamanı faydalı olacaq statistik məlumat kitabçaları, ötən ilki keçid balları üzrə xüsusi buraxılış və jurnallar nəşr etmişdir. Bütün bunlardan istifadə edərək, Kaspi Təhsil Şirkətinin ekspertləri ixtisas qrupları üzrə cari vəziyyəti analiz edib, ötən ilki məlumatlarla müqayisə aparıb, valideyn və abituriyentlərin seçim zamanı diqqət yetirməli olduqları vacib məqamları müəyyənləşdirib. İxtisas seçimi olduqca ciddi və məsuliyyətli bir mərhələdir. Burada diqqətli və ehtiyatlı davranmaq, seçim etmək lazımdır.
I ixtisas qrup üzrə abituriyentlərin imtahan nəticələrinin analizi və müqayisəsi
Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-Kimya (RK) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 9050 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 475 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 3490 nəfər, ümumilikdə tələbə qəbulu planı 13015 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 9007 nəfərdir.
Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 4265 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 310 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2400 nəfər, ümumilikdə tələbə qəbulu planı 6975 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 5400 nəfərdir.
Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna ÜMUMİLİKDƏ Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 13315 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 785 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5890 nəfər, ümumilikdə tələbə qəbulu planı 19990 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 14407 nəfərdir.
İmtahan nəticələrinə əsasən Riyaziyyat-Kimya (RK) altqrupu üzrə balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 11917 abituriyent - Azərbaycan bölməsi üzrə 10868 nəfər və rus bölməsi üzrə 1049 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 18301 abituriyent - Azərbaycan bölməsi üzrə 16596 nəfər və rus bölməsi üzrə 1705 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.
İmtahan nəticələrinə əsasən ümumi Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 7797 abituriyent - Azərbaycan bölməsi üzrə 6936 nəfər və rus bölməsi üzrə 861 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.
Aşağıdakı məqamlara diqqət yetirin:
1) Ötən il – 2023-cü il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-Kimya (RK) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 295 nəfər azaldılmış, rus bölməsi üzrə 90 nəfər azaldılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1154 nəfər artırılmış, cəmi tələbə qəbulu planı 769 nəfər artırılmışdır.
2) Ötən il – 2023-cü ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 15 nəfər azaldılmış, rus bölməsi üzrə 105 nəfər azaldılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 955 nəfər artırılmış, cəmi tələbə qəbulu planı 835 nəfər artırılmışdır.
3) Ötən il – 2023-cü il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna ÜMUMİLİKDƏ (RK+Rİ altqrupuları üzrə birlikdə) Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 310 nəfər azaldılmış, rus bölməsi üzrə 195 nəfər azaldılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2109 nəfər artırılmış, cəmi tələbə qəbulu planı 1604 nəfər artırılmışdır.
4) Ötən il – 2023-cü il ilə müqayisədə Dövlət Sifarişi üzrə tələbə qəbulu planı Riyaziyyat-Kimya (RK) altqrupu üzrə 609 nəfər artırılmış, Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə 450 nəfər artırılmış; və ümumilikdə 1059 nəfər artırılmışdır.
I ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr
1) Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-Kimya (RK) altqrupu üzrə tələbə qəbulu planı 13015 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı 11917 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 18301 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, Müsabiqənin 1-ci şərti üzrə bütün abituriyentlərin “tələbə” adını qazanmaq şansı var, çünki abituriyentlərin sayı plan yerlərinin sayından 1098 nəfər azdır. Lakin Müsabiqənin 2-ci şərti üzrə abituriyentlər ixtisas seçimi edərkən, diqqətli və ehtiyatlı davranmalıdırlar, çünki abituriyentlərin sayı isə plan yerlərinin sayından 5286 nəfər azdır. Bu olduqca böyük bir rəqəmdir və əlbəttə abituriyentlər seçimlərini doğru şəkildə etməlidirlər.
Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə tələbə qəbulu planı 6975 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı 7797 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, bütün abituriyentlər ixtisas seçimi edərkən, diqqətli və ehtiyatlı davranmalıdırlar, çünki ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 822 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) nəfər çoxdur.
2) Dövlət sifarişi üzrə tələbə qəbulu planı Riyaziyyat-Kimya (RK) altqrupu üzrə 9007 nəfər təşkil edir. Bu da o deməkdir ki, 310-320 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 9435 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 9599 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) abituriyent 310 baldan yuxarı nəticə göstərmişdir.
Dövlət sifarişi üzrə tələbə qəbulu planı Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə 5400 nəfər təşkil edir. Bu da o deməkdir ki, 350-360 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 5513 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) 350 baldan yuxarı nəticə göstərmişdir.
Əlbəttə balı daha yüksək olan abituriyentlər seçim zamanı 15 mümkün yerdən daha çoxuna Dövlət sifarişi qeyd edə bilər, lakin balı nisbətən aşağı olan abituriyentlər isə diqqətli davranmalıdırlar, onlar seçim zamanı ödənişli əsaslara daha üstünlük verməlidir.
3) Riyaziyyat-Kimya (RK) altqrupu üzrə 310-320 baldan aşağı nəticə göstərən abituriyentlər, Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə 350-360 baldan aşağı nəticə göstərən abituriyentlər ödənişli əsasları seçə bilər.
4) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il – 2023-cü il ilə müqayisədə Riyaziyyat-Kimya (RK) altqrupunda:
- Azərbaycan bölməsi üzrə abituriyentlərin sayı 300-700 bal aralıqlarında olduqca artıb. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2023-cü il ilə müqayisədə 295 nəfər azalıb. Bu da o deməkdir ki, Azərbaycan bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında çox ciddi artım baş verəcəkdir, ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 20-30-40 bal yüksək yerləri yaza bilər və seçimdə çox diqqətli olmalıdır.
- Rus bölməsi üzrə abituriyentlərin sayı 350-700 bal aralıqlarında olduqca artıb. Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2023-cü il ilə müqayisədə 15 nəfər azalıb. Bu da o deməkdir ki, rus bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında çox ciddi artım baş verəcəkdir, ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 20-30-40 bal yüksək yerləri yaza bilər və seçimdə çox diqqətli olmalıdır.
- Həm Azərbaycan, həm də rus bölmələrində ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin bal aralıqlarında saylarında da çox ciddi bir artım var. Ona görə də seçim zamanı olduqca diqqətli olmaq lazımdır və daha çox ödənişli ixtisaslar seçmək zəruridir.
5) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il – 2023-cü il ilə müqayisədə Riyaziyyat-İnformatika (Rİ) altqrupunda:
- Həm Azərbaycan, həm də rus bölmələri üzrə abituriyentlərin sayı ötən il – 2023-cü il ilə müqayisədə 300-700 bal aralıqlarında olduqca artıb. Eyni zamanda, ötən il – 2023-cü il ilə müqayisədə tələbə qəbulu planı da Azərbaycan bölməsi üzrə 90 nəfər, rus bölməsi üzrə isə 105 nəfər azalıb. Bu da o deməkdir ki, həm Azərbaycan, həm də rus bölmələri üzrə seçim zamanı ötən ilki keçid ballarında çox ciddi artım baş verəcəkdir, ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 20-30-40 bal yüksək yerləri yaza bilər və seçimdə çox diqqətli olmalıdır.
6) Riyaziyyat-Kimya (RK) altqrupu üzrə 240 baldan aşağı, Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə isə 280 baldan aşağı nəticə göstərən abituriiyentlər seçimləri zamanı çox diqqətli olmalıdırlar. Belə ki, onların ali təhsil müəssisələrinə qəbul ola bilməmək kimi ehtimalı çox yüksəkdir. Çünki Riyaziyyat-Kimya (RK) altqrupu üzrə ümumi qəbul planı 13015 nəfər olduğu halda, 13359 nəfər abituriyent 240 baldan yuxarı nəticə göstərmişdir; Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə isə ümumi qəbul planı 6975 nəfər olduğu halda, 7112 nəfər abituriyent 280 baldan yuxarı nəticə göstərmişdir.