İmtahanda uğur qazanmağın sirrini siz də öyrənin
Abituriyentlər və valideynlər imtahanda yüksək nəticəyə görə Kaspi Abituriyent Hazırlığı Kurslarına minnətdarlıq edirlər
2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında Kaspi Abituriyent Hazırlığı Kurslarında təhsil alan abituriyentlər də çoxdur. Onlar Buraxılış və Blok imtahanlarından yüksək bal toplayaraq valideynlərinə və oxuduqları təhsil müəssisələrinə böyük sevinc və qürur hissi yaşadıblar. Onlar “Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir” şüarını sözün həqiqi mənasında doğruldublar.
kaspi.edu.az olaraq həmin abituriyentlərin siyahısında 600+ bal toplayanları oxucularımıza tanıtmaq qərarına gəldik. Bu gənclərin uğuru təkcə biliklərə yiyələndikləri təhsil müəssisəsini və valideynlərini qürurlandırmır, həmçinin gələcəkdə ali məktəbə daxil olmağı qarşısına məqsəd qoyan şagirdlər üçün layiqli örnəkdir.
Uuğurlu abituriyentlərimizi siz də tanıyın:
Nuray Əskərova (28 May filialı - 603.6)
Leyla Ədilova (Qəbələ - 603.6)
Leyla Əzməmmədova (Xətai - 600.9)
Dərslərə ciddi və həvəslə yanaşmaq
Nuray Əskərova hesab edir ki, yaxşı oxumaq və imtahanlarda lazımı nəticə qazanmaq üçün məsuliyyətlə çalışmaq lazımdır: “Hər bir abituriyentin nizam-intizamı olmalıdır. Dərslərə ciddi və həvəslə yanaşmaq lazımdır. Yoxsa yaxşı nəticə qazanmaq çətindir, amma uğur qazanmaq özümüzdən asılıdır. Təbii ki, bu yolda bizə dəstək olan valideynlərimiz və müəllimlərimizə minnətdarıq! Kaspi-nin müəllim heyəti və rəhbərliyi tədris ili boyu abituriyentlərdən dəstəklərini əsirgəmədilər. Onların hər birinə minnətdaram! Arzum təhsilimi xaricdə davam etdirib yaxşı mütəxəssis kimi fəaliyyət göstərməkdir. Əsas odur ki, seçdiyimiz peşənin yaxşı mütəxəssisi kimi yetişək. Bütün abituriyentlərə gələcək təhsillərində uğurlar arzulayıram!”
Müəllimlərimizin dəstəyi
Leyla Ədilova digər abituriyent yoldaşları kimi imtahanlardakı uğurlu nəticəsinin sirrini ailəsinin və müəllimlərinin dəstəyi və dərs hazırlıqlarına məsuliyyətlə yanaşmasında görür: “Arzum qəbul olacağım ixtisasa mükəmməl şəkildə yiyələnmək və gələcəkdə ölkəm üçün yararlı vətəndaş olmaqdır. Abituriyent kimi hazırlaşdığım illərdə həmişə müəllimlərimin dəstəyini və insani münasibətlərini hiss etmişəm. Onlar bütün abituriyentlərə dost kimi yanaşıblar. Buna görə bütün müəllimlərimə təşəkkür edirəm!”
Uğur qazanmaq o qədər də asan deyil
Leyla Əzməmmədova öz təcrübəsini bölüşür: “Uğur qazanmaq o qədər də asan deyil. 11-cı sinifdə hazırlıqlara avqustdan başladıq və bu proses bir ilə yaxın çəkdi. 11-ci sinif dərslərinin çətin olduğunu bilirdim, amma bu çətinlik təkcə dərslərdə deyil. İnsan bir müddət sonra yorulur, səbri tükənir, davam etmək istəmir, amma bu qədər çalışdıqdan sonra adam arzularını, gələcəyini düşünür. Valideynlərimiz, müəllimlərimiz çətin anlarımızda bizə mənəvi dəstək olurlar. Buna görə, həm valideynlərimə, həm də müəllimlərimə təşəkkür edirəm!. Kaspi-nin müəllimləri bizi imtahana təkcə fiziki yox, həmçinin psixoloji olaraq hazırlayıblar. Qazandığım yüksək nəticəyə görə onlara minnətdaram! Arzum istədiyim ixtisas üzrə təhsil alıb peşəkar mütəxəssis olmaqdır”.
Kaspi Təhsil Şirkəti olaraq bütün abituriyentlərimizə gələcək təhsillərində uğurlar arzulayırıq!
kaspi.edu.az