XƏBƏRLƏR

Uğurlu abituriyentlərimizi siz də tanıyın

Abituriyentlər və valideynlər qazandıqları yüksək nəticəyə görə Kaspi Abituriyent Hazırlığı  Kurslarına minnətdarlıq edirlər

2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında Kaspi Abituriyent Hazırlığı  Kurslarında təhsil alan abituriyentlər də çoxdur. Onlar Buraxılış və Blok imtahanlarından yüksək bal toplayaraq valideynlərinə və oxuduqları təhsil müəssisələrinə böyük sevinc və qürur hissi yaşadıblar. Onlar “Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir” şüarını sözün həqiqi mənasında doğruldublar.

kaspi.edu.az olaraq həmin abituriyentlərin siyahısında 600+ bal toplayanları oxucularımıza tanıtmaq qərarına gəldik. Bu gənclərin uğuru təkcə biliklərə yiyələndikləri təhsil müəssisəsini və valideynlərini qürurlandırmır,  həmçinin gələcəkdə ali məktəbə daxil olmağı qarşısına məqsəd qoyan şagirdlər üçün layiqli örnəkdir.

Beləliklə, onları sıra ilə təqdim edəcəyik.

İlk beşlikdə yer alan uğurlu abituriyentlərimizi siz də tanıyın:

Fatimə Hünbətova - (Sumqayıt filialı – 683.7)

Elşən Yusibov        -  (Qəbələ - 682.2)

Səidə Rəhimova     -  (Qəbələ-681.3)

İbrahim Əsgərzadə - (Əhmədli filialı- 677)

Miqdad Məmmədov- (Əhmədli filialı- 675.7)

Məqsədə çatmağın yolu

Fatimə Hünbətova (Sumqayıt filialı) Abşeron rayon Saray 3saylı tam orta məktəbin məzunudur. Bu tədris ilində DİM-in qəbul imtahanlarından 683,7 bal toplayıb: “Uğurumu ilk növbədə məni hər zaman dəstəkləyən valideynlərimə və müəllimlərimə borcluyam” deyə bildirir: “Təbii ki, bu uğura çatmaq üçün öncə qarşıma məqsəd qoymalı idim. Sevinirəm ki, məqsədimə çatdım. Artıq 2 ildir ki, Kaspi abituriyent kurslarında təhsil alırdım. Bu hazırlıq kursları mənim imtahanlarda layiqli nəticə qazanmağımda böyük rol oynadılar. Buna görə bütün Kaspi kollektivinə təşəkkür edirəm! Arzum BDU-da tədris ingilis dilində riyaziyyat müəllimliyi ixtisasında təhsil almaqdır. Ali məktəbə hazırlaşan bütün abituriyentlərə tövsiyəm odur ki, qarşılarına məqsəd qoysunlar və özlərinə inansınlar: “O zaman uğur qazanmaq qaçılmazdır. Məqsədə çatmağın yolu çalışmaqdan keçir”.

Fatimə Hünbətovanın anası Afina Hünbətova da övladının uğuruna görə çox sevinir: “Qızımı bu uğuruna görə təbrik edirəm! Fatimə 1-ci sinifdən çox zəhmət çəkib və hər il əlaçı olub. Onun biliklərə yiyələnməsinə görə müəllimlərinə və bütün Kaspi kollektivinə təşəkkür edirəm” Ümid edirəm ki, gələn il oğlum Əkbər də bizi yüksək nəticəsi ilə sevindirəcək!”

Savadlı mütəxəssis olmaq arzusu

Elşən Yusubov (Kaspi Qəbələ Nümayəndəliyi) fənn müsabiqələrində, Respublika Fənn olimpiadalarında Riyaziyyat-kimya fənni üzrə Bürünc medal qazanıb. “Əlaçı” verilişinin qalibi olub. 9-ci sinfi də əla qiymətlərlə başa vurub. Buraxılış imtahanında 289 bal toplayaraq rayon birincisi kimi fərqlənib: “Uğurlarımda fənn və kurs müəllimlərinin zəhməti danılmazdır” deyə minnətdarlığını bildirir: “Səhərlər məktəbdə, günortadan sonra Qəbələdəki Kaspi Nümayəndəliyində oxumuşam, gecə-gündüz vaxtımı oxumağa sərf etmişəm. Arzum Tibb Universitetinə daxil olmaq, kardiocərrah olmaqdır”. E.Yusibov daha sonra təhsilini xaricdə davam etdirmək arzusundadır: “Arzum savadlı bir mütəxəssis kimi ölkəmizə qayıdıb xalqımıza xidmət etməkdir”.

Səidə Rəhimova (Kaspi Qəbələ Nümayəndəliyi) da sevincini bölüşür: “Uğur qazanmağımda Kaspi Abituriyentin rəsmi tərəfdaşı olan Qəbələ Abituriyent və Repetitor Birliyinin böyük rolu var. Buna görə təhsil mərkəzinin kollektivinə təşəkkürlərimi bildirirəm! Valideynlərimin və müəllimlərimin etimadını doğrultduğum üçün özümü çox xoşbəxt və qürurlu hiss edirəm!”

Kaspi Abituriyentə minnətdarlıq

İbrahim Əsgərzadə (Əhmədli filialı) hesab edir ki, arzuya çatmağın yeganə yolu gecə-gündüz çalışmaqdan keçir: “Mən də məqsədimə çatmaq üçün əzmlə çalışdım. Müəllimlərimin tövsiyələrinə əməl etdim. İnsan qarşısına məqsəd qoyarsa və onun uğrunda çalışarsa arzusu mütləq reallaşacaq. Bunu öz təcrübəmdə gördüm. Qazandığım uğura görə mənə daim dəstək olan valideynlərimə və müəllimlərimə təşəkkür edirəm!”

İbrahimin anası Ulduzə xanım da özünü xoşbəxt hiss edir: “Övladım 9-cu sinifdən Kaspi kursunda (Əhmədli filialı) təhsil alırdı. Nə yaxşı ki, mən bu təhsil müəssisəsini tanıdım. Başda Zamin müəllim olmaqla bütün müəllimlərə sonsuz təşəkkürümü, minnətdarlığımı bildirirəm! Filialın direktoru Rövşən müəllimə də təşəkkür edirəm ki, müəssisəyə bu qədər savadlı, gənc kadrlar cəlb edib. Onlar uşaqlarımıza sevə-sevə, urəklə, can-başla dərs keçirlər. Öz işlərində çox məsuliyyətlidirlər. Uşaqları vicdanla, əzmlə çalışdırırlar. Gələcək abuturiyentlərə də sözüm odur ki, inadla və zəhmətlə çalışsınlar. Müəllimlərinin, valideyinlərinin əziyyətini qiymətləndirsinlər”.

“Uğur qazanmağımın əsas səbəbi həm müəllimlərimi diqqətlə dinləmək, həm də onların bacarıqlarından istifadə edib intensiv şəkildə çalışmaqdır”- deyən Miqdad Məmmədov (Əhmədli filialı) nailiyyətinə görə ilk növbədə valideynlərinə və müəllimlərinə minnətdarlıq edir: “Valideynlərimə çox borcluyam, onlar mənə daim dəstək oldular. Daha sonra həm məktəb müəllimlərim, həm də kurs müəllimlərimə çox minnətdaram. Əsasən riyaziyyat müəllimim Zamin müəllim məni həm xarakter kimi formalaşdırdı, həm də biliklərə yiyələnməkdə çox yardımçı oldu. Ondan öyrəndiklərimi digər fənnlərə də tətbiq edib faydasını gördüm. Bu, təhsil həyatımın sadəcə bir mərhələsi idi. Bundan sonrakı arzum öz istədiyim ixtisas üzrə çalışıb dərin təcrübələrə yiyələnmək və ən əsası, ailəmi qürurlandırmaqdır. Gələcək illərdə imtahan verəcək abituriyentlərə tövsiyəm odur ki, davamlı olaraq çalışsınlar. Daha çox düzgün sistemlə çalışmağa önəm versinlər. Özlərində nizam-intizam formalaşdırsınlar. Çünki motivasiya insanı müəyyən məsafəyə qədər aparır, amma nizam-intizam yoxdursa, daha irəli getmək çətin olur. Hər bir abituriyentə uğurlar arzulayıram!”

Kaspi Təhsil Şirkəti olaraq bütün abituriyentlərimizə gələcək təhsillərində uğurlar arzulayırıq!

kaspi.edu.az

 

12.07.2024