Mayın 3-ü Türk Dünyasının Həmrəyliyi Günüdür
Bu tarix Türkçülüyün tarixində bir dönüş nöqtəsidir
Hər il may ayının 3-ü Türk dünyasında Türk Dünyasının Həmrəyliyi Günü kimi qeyd olunur. Türkçülük bayramı artıq 80 ildir ki, keçirilir.
Bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də Topxana hərbi həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, on nəfər məhkum tərəfindən qeyd edilib. Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.
kaspi.edu.az xəbər verir ki, Türk dünyasının birlik və qardaşlıq rəmzinə çevrilmiş Türk Dünyasının Həmrəyliyi Günü (Türkçülük Günü) Azərbaycanda 1992-ci ilin may ayından qeyd olunur.
Türkçülük bayramınız mübarək!

kaspi.edu.az