23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
Kaspi təhsil müəssisələrində mütəmadi olaraq kitabla, mütaliə ilə bağlı görüşlər keçirilir
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilib. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 Aprel - Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.
UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.
Ənənəvi olaraq, hər il UNESCO bu gün münasibətilə geniş ictimaiyyətə müraciət edir.
Kaspi təhsil müəssisələrində mütəmadi olaraq kitabla, mütaliə ilə bağlı görüşlər keçirilir, şagirdlərin ədəbiyyatı sevmələri, kitabla dost olmaları ilə bağlı tədbirlər təşkil olunur.
kaspi.edu.az