Sumqayıtda yeni Kaspi Təhsil Kompleksi fəaliyyətə başladı
Kaspi Təhsil Kompleksində Geniş Təhsil Perspektivləri
Sumqayıt şəhərində Kaspi Təhsil Şirkəti öz fəaliyyətini genişləndirdi: yeni Kaspi Təhsil Kompleksi fəaliyyətə başladı. Bununla da Uşaq Bağçası, Məktəbəqədər hazırlıq, Məktəbli və Abituriyent hazırlığı kimi geniş təhsil perspektivləri eyni məkanda birləşdirildi.
Rəsul Ağayevin kaspi.edu.az-a bildirdiyinə görə, Kaspi Sumqayıt filialı 2012-ci ilin fevral ayından etibarən fəaliyyətə başlayıb. Belə ki, ilk olaraq Təhsil Mərkəzində “Kaspi Poliqlot” xarici dillərin tədrisi kursu və “Kaspi Kids” məktəbəqədər hazırlıq kursu şəhər sakinlərinin xidmətinə verilib: “Daha sonra həmin ilin sentyabr ayından etibarən “Kaspi Abituriyent” - 9-11-ci sinif şagirdlərinin və əvvəlki illərin məzunlarının ali təhsil müəssisələrinə Qəbul imtahanlarına hazırlıq kursu fəaliyyətə başlayıb. Həmçinin, 2018-ci ildən Sumqayıt şəhərində “Kaspi Uşaq Bağçası” fəaliyyətə başladı. 2023-cü ildə Kaspi Sumqayıt filialı və Kaspi Uşaq Bağçası birləşərək “Kaspi Təhsil Kompleksi”-nə çevrildi”.
Mərkəzdə “Kaspi Məktəbli” – V-VIII sinif şagirdlərinin fənlər üzrə hazırlığı və “Kaspi ETÜD” – I-IV sinif şagirdləri üçün Ev Tapşırığı Üzrə Dəstək xidmətlərinə də start verilib.
Qeyd edək ki, 14 aprel tarixində Kaspi Abituriyent hazırlığı kurslarına Qəbul imtahanı məhz yeni məkanda keçiriləcək. Biletləri Kaspi Təhsil Kompleksinin Sumqayıt filialından və eləcə də onlayn şəkildə kaspisınaq.com saytından əldə edə bilərsiniz.
İmtahanda iştirak edən abituriyentlər nəticələrinə uyğun olaraq Endirimlər, Ödənişsiz Təhsil, Dəyərli Hədiyyələr və Kaspi Təqaüdü qazana biləcəklər!
Son Qeydiyyat tarixi: 12 Aprel 2024-cü il
Ünvan: Sumqayıt şəhər, 6-cı mikrorayon, H.Salayev 31A
Əlaqə nömrələri:
Kaspi Kids və Uşaq Bağçası: (018) 652 22 88 ; (070) 652 22 88
Kaspi Abituriyent və Məktəbli: (018) 652 22 77 ; (070) 655 11 49