XƏBƏRLƏR

Fəaliyyətini gün-gündən genişləndirən filial

Kaspi Masazır filialı təhsil yeniliklərini aktiv şəkildə izləyir

Kaspi Masazır filialı hər tədris ilinə yeniliklərlə başlayır və il boyu şagirdlərinin təkcə bilik və bacarıqlar qazanmasına deyil, həmçinin sosial fəaliyyətlərinin zənginləşməsinə nail olur. Filialda işini son dərəcə sevən və müasir təhsil yeniliklərinə daim hazır olan peşəkar müəllimlərin çalışması isə filialın hər növbəti il daha da uğurlu fəaliyyətinə yol açır.

Masazır filialının rəhbəri Həmayil Fərhadova kaspi.edu.az-a müsahibəsində filialın təhsilimizə töhfə vermək üçün həyata keçirdiyi fəaliyyətindən danışıb:

- Həmayil xanım, ötən tədris ili filial üçün hansı uğurlarla yadda qaldı?

-Ötən tədris ilində rus bölməsi olan məzunlarımızın 100 faiz nəticə ilə qəbul olması və eləcə də bizim məktəbəqədər kursumuzu bitirən uşaqların hal-hazırda məktəblərdə seçilib əla nəticə göstərməsi, bizdən razı şəkildə ayrılan valideynlərin sevinci ən böyük uğurumuza çevrildi. Əlavə olaraq, Kaspi Təhsil Şirkətinin təşkil etdiyi “Ürəklə gəl, ürəklə al!” Xeyriyyə festivalında iştirak etmək, bizim də bir filial olaraq qatqımızın olması əhəmiyyətli fəaliyyətimiz kimi yadımızda qaldı.

- Hazırkı tədris ilinə hansı yeniliklərlə davam edirsiniz? 

-Kaspi Masazır filialı olaraq, hər yeni tədris ilinə xüsusi şövq və həvəslə hazırlaşırıq. Bizi digər tədris mərkəzlərindən fərqləndirən xüsusiyyətlərimizdən biri daim yeniliklər etməyimizdir. Təbii ki, hər müəllim yeni metodlar, üsullarla daim maraqlanmalı və öz təcrübəsində həyata keçirməlidir. Filialımızın müəllimləri olaraq araşdırmalarımızı, il ərzində həyata keçirməyi planlaşdırdığımız yenilikləri tədris ilinin əvvəlindən müzakirə edir və əməkdaşlıq edərək, ümumi fəaliyyətimizin nəticəsini il ərzində ortaya çıxarırıq. Bu il tədris ilinə öncədən planladığımız yenilikləri həyata keçirtməklə başladıq. “Kaspi Etüd” proqramına - ibtidai sinifdə təhsil alan uşaqlara məktəbdə verilən ev tapşırıqlarının hazırlanmasına kömək xidmətinə və 3-4 yaşlı uşaqlar üçün Kids qruplarımızın fəaliyyətinə start verdik. Bu fəaliyyətləri nəzərdə tutduğumuz kimi genişləndirməkdə davam edirik.

Filialdakı təlim-tədris prosesinin üstünlükləri hansılardır?                                                                                                                  - Ətrafımızda çoxsaylı tədris mərkəzlərinin olması bizə tədris prosesimizi daha üstün şəkildə təşkil etməyə əsas verir. Üstünlüklərə dərs prosesində geniş əyani vəsaitlərdən istifadə etmək, keçdiyimiz dərsləri intellektual oyunlar və məşğələlərlə möhkəmləndirmək və dərsi əyləncəli metodlarla təşkil etmək aiddir. Ən böyük üstünlüklərimizdən biri də Tədris proqramımıza daxil olan bütün məşğələlər üçün tədris materiallarımızın - “Kaspi” nəşrləri olan kitabların və iş dəftərlərinin mövcud olmasıdır                                                             - Şagirdlərin sosial fəaliyyəti üçün dərsdənkənar hansı fəaliyyətlər həyata keçirirsiniz?

- Üstünlüklərimizdən biri də uşaqların sosial inkişafı üçün dərsdənkənar ekskursiya və gəzintilər, viktorinalar, dərnəklər, filiallararası yarışlar, hər ay master klasslar təşkil etməyimizdir. Bu fəaliyyətlər şagirdlərin dünyagörüşünün artmasına səbəb olur, onların ünsiyyət imkanlarını yaxşılaşdırır.

- Bəs valideynlərlə əməkdaşlıq necə qurulur?                                                                  

- Kaspi Masazır filialı olaraq valideynlərlə əməkdaşlığa xüsusi diqqət veririk. Valideynlərimizin irad və təkliflərinə həmişə açığıq. Tədris ilinə ilk olaraq valideynlərlə iclas edərək başlayırıq. Ortaq dəyərimiz olan övladların təlim-tərbiyəsində gözəl nəticə əldə etmək üçün fəaliyyətlərimizi birləşdirməyin, birgə əməkdaşlıq qurmağın önəmini onlara izah edirik. Bu əməkdaşlıq uşaqların təhsilində əhəmiyyətli nəticə verir, ilin sonunda valideynlər bizdən tamamilə razı şəkildə ayrılır. Təhsil müəssisəsi olaraq uğurlu fəaliyyət göstərdiyimiz üçün, Kaspi Kids hazırlıq kursunu bitirən məzunlarımızın valideynlərinin razılığını, haqqımızda müsbət rəylərini eşidərək daha da əminliklə çalışır və təhsilimizə töhfə verməkdən ötrü bütün bilik və bacarıqlarımızı səfərbər edirik.

-Fəaliyyətinizdə uğurlar arzulayırıq!

Kaspi.edu.az           

09.01.2024