XƏBƏRLƏR

"İnanırıq ki, uğurlarımız davamlı olacaq!"

Kaspi Yasamal Filialının məktəbəqədər proqramı ildən-ilə daha da təkmilləşir

Kaspi Yasamal Filialı yeni tədris ilinə yeniliklərlə start verib. Həm ötən tədris ili ərzində qazanılan uğurlar, həm cari tədris ilinin  yenilikləri kollektivi daha aktiv işləməyə, təhsilimizə töhfələr verməyə ruhlandırıb.

Filialın rəhbəri Orxan İbrahimov kaspi.edu.az-a müsahibəsində təhsil müəssisəsinin uğurlu fəaliyyətindən danışıb.

-Ötən tədris ili filial üçün hansı uğurlarla yadda qaldı?

-Hər il olduğu kimi ötən tədris ilində də filialımızda Azərbaycan və rus bölmələri üzrə məktəbəqədər təhsil alan bütün uşaqlar valideynlərinin arzuladığı özəl və dövlət tədris müəssisələrinin təşkil etdiyi qəbul imtahanlarından uğurlu nəticə əldə ediblər. Ümumiyyətlə, Kaspi məktəbəqədər proqramı ildən-ilə daha da təkmilləşir və inkişaf edir. Bu da öz növbəsində uşaqların 1-ci sinfə daha hazırlıqlı getməsinə zəmin yaradır. Bu faktı filialımızda məktəbəqədər təhsil almış, hal-hazırda ibtidai siniflərdə təhsil alan uşaqların valideynləri də təsdiqləyə bilər.

-Uşaqlar sizin gözləntilərinizi doğruldurlarmı?

-Bəli, uşaqların 1-ci sinfə qəbul imtahanında göstərdiyi yüksək nəticələr bunu deməyə əsas verir. Bu bizi – Kaspi Kids Yasamal kollektivi olaraq çox sevindirir. İnanırıq ki, uğurlarımız davamlı olacaq!

-Hazırkı tədris ilinə hansı yeniliklərlə start vermisiniz?

-Əvvəlki illərdən fərqli olaraq cari tədris ilində Azərbaycan və rus bölmələri ilə yanaşı ingilis bölməsi də valideynlərə təklif olundu. Hal-hazırda sözügedən bölməyə maraq böyükdür və qeydiyyat davam edir. Əlavə olaraq, “Kaspi Etüd” proqramına - ibtidai sinifdə təhsil alan uşaqlara məktəbdə verilən ev tapşırıqlarının hazırlanmasına kömək xidmətinə start verməyimiz də yeniliklər arasındadır.

-Filialdakı təlim-tədris prosesinin üstünlükləri hansılardır?

-Hesab edirəm ki, filialımızda fəaliyyət göstərən peşəkar, gülərüz və mehriban müəllim heyəti bizim ən böyük üstünlüklərimizdən biridir. Əminliklə deyə bilərəm ki, əgər müəllim uşağa özünü sevdirə bilirsə, işinin öhdəsindən daha uğurla gəlmiş olur. Əlavə olaraq, dərs prosesində uşaqlara qayğıkeş münasibət, valideynlərlə xoş ünsiyyət filialımızı daha fərqli və etibarlı bir tədirs müəssisəsinə çevirir.

-Uşaqların sosial fəaliyyəti üçün hansı fəaliyyətlər həyata keçirirsiniz?

-Uşaqların filialımızda vaxtlarını daha səmərəli keçirmələri üçün əlavə olaraq şahmat, rus dili, ingilis dili və s. dərnəklər də təşkil olunub. Həmçinin balaca fidanlarımızın sosial bacarıqlarını inkişaf etdirməsi üçün vaxtaşırı “master-klass”lar və müxtəlif əl işi müsabiqələri keçirilir. Eyni zamanda, gəzintilər və ekskursiyalar da təşkil olunur. Misal olaraq, uşaqları zooparka, muzeylərə, kukla teatrına və s. aparırıq.

-Filialda valideynlərlə əməkdaşlıq necə qurulur?

-Ümumiyyətlə, balacaların filialımızda necə vaxt keçirdiklərini, davranışlarını, təhsil və təlim-tərbiyənin hansı səviyyədə olduğunu, qazandıqları bilik və bacarıqları bildirmək üçün valideynlərlə mütəmadi görüşlər və iclaslar keçirilir. Ehtiyac yaranarsa fərdi şəkildə görüşlər təşkil olunur. Müxtəlif səbəblərdən - əsasən səhhəti ilə əlaqədar kursa gələ bilməyən uşaqların valideynlərinə zəng olunur. Onların sağlıq durumu daim diqqət mərkəzində saxlanılır. Vaxtaşırı sınaq imtahanları keçirilir və nəticələri ayrı-ayrılıqda hər bir valideynlə müzakirə olunur.

-Fəaliyyətinizdə uğurlar arzulayırıq!

Kaspi.edu.az

 

 

25.12.2023