XƏBƏRLƏR

İmtahan həyəcanını necə aradan qaldırmalı?

Abituriyent və valideynlərə tövsiyə

Kaspi Abituriyent xidməti üzrə psixoloq İlkin Əliyev imtahan ərəfəsində abituriyentlərin və valideynlərin necə davranmalı olduqlarını şərh edib.

Uşaqların yaşından asılı olaraq

İmtahan, abituriyentlərin öyrənmə prosesinin bir hissəsi kimi tətbiq olunan, ən çox həyata keçirilən ölçmə-qiymətləndirilmə sistemidir. İmtahan abituriyentlərin öyrənmə prosesindəki inkişafını müşahidə etmək, öyrəndikləri biliklərin və bacarıqlarının hansı səviyyədə olduğunu müəyyən etmək üçün tətbiq olunur.

İmtahan həyəcanı abituriyentlərin həyatında ən maraqlı, ancaq bir o qədər də həyəcanlı və stressli bir dövrdür. Valideynlər uşaqların yaş və inkişaf xüsusiyyətləri haqqında dolğun məlumata sahib olmalıdırlar. Uşaqların yaşından asılı olaraq onların davranışlarına veriləcək reaksiyalar fərqli olmalıdır. Valideynlərin imtahan həyəcanı haqqında məlumatlarının artırılması onların uşaqlara düzgün yanaşmalarında kömək edə bilər.

İmtahan həyəcanı nəyə görə yaranır?

İlk olaraq onu qeyd edək ki, imtahan özü həyəcan və ya stressə səbəb olmur. Həyəcan və stressin yaranma səbəbi onun insan tərəfindən qavranılma şəklidir. Buna görə də, bəzi abituriyentlər imtahanlarda çox rahat və uğurlu olarkən, bəzi abituriyentlər həyəcanlı olur və uğursuzluqla üzləşirlər.

İmtahan həyəcanı abituriyentlərdə dərslərini planlaya və dərs oxuya bilməmə, diqqətin dağılması, bildiklərini imtahanda istifadə edə və yada sala bilməmə, ürək bulantısı, mədə ağrısı, baş ağrıları, yuxu pozuntuları, gərginlik və əsəbilik, “bacarmayacam”, “edə bilməyəcəm” düşüncələri kimi bir çox fizioloji, duyğusal, davranışsal və zehni narahatlıqlara səbəb olur.

İmtahan həyəcanının yaranmasının əsas səbəbləri bunlardır:

  • Mükəmməlliyyətçilik
  • Gözləntilərin aşırı yüksək olması
  • Vəzifə və məsuliyyətlətlərin ertələnməsi
  • Yanlış düçüncələr (bacarmayacam, edə bilməyəcəm)
  • Fizioloji ehtiyacların qarşıllanmaması (düzgün qidalanma və düzgün yuxu)
  • Fəlakətləşdirmə
  • Valideyn münasibətləri

İmtahan həyəcanının yaranmasında valideynlərin gözləntilərinin rolu böyükdür. Xüsusi ilə uşağın bu gözləntini sözlü olaraq (bu imtahanda zəif oldun, növbəti imtahanda daha yaxşı olmalısan, biz əlimizdən gələni edirik, sən də əlindən gələni etməlisən və s.) və ya sözsüz formada ( kədərlənmək, narahatlıq və həyəcan keçirmək və s.) müşahidə etməsi onda həyəcanın artmasına səbəb olur. Həyəcan uşağa müxtəlif formada təsir göstərir.

     Yüngül formada həyəcan zamanı:

  • Diqqəti artırır
  • Yadasalmanı asanlaşdırır
  • Öyrənmə gücünü artırır
  • Zamanı verimli istifadə etməyi öyrədir

     Yüksək formada həyəcan zamanı:

  • Qərar vermə çətinliyi
  • Diqqət dağınıqlığı
  • Öyrənilənlərdən istifadə edə bilməmə
  • Unutqanlıq
  • Diqqət bədəndə baş verən proseslərə yönəlir
  • Yanlış düşüncələrin yaranmasına səbəb olur

İmtahan həyəcanını aradan qaldırmaq üçün valideynlərin üzərinə böyük məsuliyyət düşür. Valideynlər üçün TÖVSİYƏLƏR aşağıdakılardır:

  • Valideynlər öz gözləntiləri ilə uşağın potensialı arasında real bir tarazlıq qurmralıdırlar;
  • Uşaq imtahan haqqında danışmaq istədikdə ana və ata uşağa müdaxilə etmədən, lakin anlayaraq və empatiya quraraq dinləməlidirlər. Beləliklə, uşağın duyğularını anlayarlar. Bu söhbətlər vasitəsi ilə uşağa həm uğur, həm də uğursuzluq zamanı onun yanında olduğunu göstərə bilərlər;
  • Valideynlər uşağın oxuma və çalışma istəyini artırmaq məqsədi ilə həyəcanı artıran davranışlar etməməlidir (yoldaşlarından çox geridəsən”, “bu qədər çalışaraq bacara bilməzsən”, “daha çox oxumalısan”, “bizi utandırma” və s.);
  • Davamlı olaraq “oxu, oxmursan” demək əvəzinə, “dərslərin necə gedir?”, “nələr etmisən?”, “istəyirsən birlikdə baxaq?”, “bizdən istədiyin bir şey varmı?” şəklində davranılmalıdır. Çox yönləndirici və nəsihətverici danışıqlar uşağın həyəcan-stress səviyyəsini artırır. Qoruyucu davranışlardan da qaçmaq lazımdır, uşağın yaşına uyğun davranılmalıdır;
  • Müsbət geri dönüşlər edilməsi faydalıdır;
  • Uşağı ətrafdakı yaşıdları ilə, sinif yoldaşları, dostları və ya bacı-qardaşları ilə müqayisə etmək yanlışdır;
  • Uşağa imtahanın bir fürsət olduğu və həyatda başqa fürsətlərin də olduğu aşılanmalıdır;
  • Ana və ata tərəfindən uşağa zaman ayrılmalı və çalışması qiymətləndirilmədir. Uşağa “nə olursa olsun sənin yanındayıq” mesajı verilməlidir;

Lakin onu da nəzərə almaq lazımdır ki, imtahan həyəcanı bir çox müxtəlif səbəblərdən yarana bilər.

Sonda vurğulamaq zəruridir ki, imtahan həyəcanının doğru şəkildə idarə edilməsi və aradan qaldırılması abituriyentlərin öz potensiallarını maksimuma çıxarmağa, müstəqil düşünmə və tədqiq etmə bacarığını inkişaf etdirməyə və həyatları boyunca öyrənməyə davam etmələrinə imkan yaradır.

Kaspi.edu.az

15.12.2023