"Xəmsə" Bilik Yarışması keçirilir
Yarışma 9-10-cu sininflərin şagirdləri üçün nəzərdə tutulub
Kaspi Abituriyent kurslarında və Kaspi Liseylərində “Xəmsə” Bilik Yarışması keçirilir. Noyabr ayından start götürən yarışma 9-10-cu sinif şagirdlərini əhatə edir. Belə ki, şagirdlər arasında hər bir ayın ilk iki həftəsinin şənbə günü "Xəmsə" yarışması keçirilir.
İştirakçılar: Elmlər, Əhmədli, Xətai, Bayıl, 28 May, Gəncə, Sumqayıt filialları, Bakıxanov və Ağ şəhər liseylərinin şagirdləridir.
Kaspi Abituriyent xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az- a bildirib ki, yarışma turnir şəklində may-iyun ayına qədər davam edəcəkdir: “Müsabiqənin yarımfinal və final mərhələləri may və iyun aylarında gərçəkləşəcək: “Bu tədbir abituriyentlər üçün təhsil prosesinə fərqli bir maraqli rəng qatacaq. Müsabiqədə iştirak etmək, abituriyentlərimizə yeni fikirlər və biliklər əldə etməyə və onların birgə çalışma və müzakirələrə qoşulma bacarığını inkişaf etdirməyə imkan yaradacaq”.
Yarışmanın aparıcısı: Elmidar Süleymansoy, hal-hazırda “Xəmsə”, “Brain Ring” və digər intellektual yarışmaların təşkili və keçirilməsi ilə də məşğul olur.
Yarışma sualları eyni qayda ilə orta məktəb fənləri - Riyaziyyat, Azərbaycan dili, İngilis dili, Tarix, Coğrafiya, Kimya, Biologiya, Fizika, İnformatika, Ədəbiyyat fənləri və Dünyagörüşü mövzuları üzrə tərtib olunur.
Yarışmanın keçirilməsində məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şagirdlərin elmə, maarifləndirici yarışlara marağını artırılmaq, onlara yeni biliklər qazandırmaq, onların intellektual səviyyəsini yüksəltmək və istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir.
Kaspi.edu.az