XƏBƏRLƏR

Kaspi Əhmədli - uğurlu ənənələrin davamçısı

Filialda Təhsilin Online İdarəetmə Sistemi fəaliyyətə başlamaq üzrədir

Kaspi Əhmədli filialında Abituriyent hazırlığı üzrə 2022/2023-cü Tədris ilindəki fəaliyyətlər  yüksək nəticələri ilə fərqlənib. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş Buraxılış və Blok fənləri üzrə qəbul imtahanlarında şagirdlərin qazandığı nailiyyətlər filialda təlim-tədris prosesinin yüksək səviyyədə həyata keçirilməsinin və pedaqoji kollektivin peşəkar və innovativ olmasının nümunəsidir.

Kaspi Əhmədli filialının Abituriyent şöbəsinin meneceri Arzu Behbudova kaspi.edu.az-a müsahibəsində Kaspi Əhmədli-nin 2023/2024-cü Tədris ilinə hazırlığından və həyata keçiriləcək yeniliklərdən danışıb.

- Ötən tədris ili filial üçün hansı uğurlarla yadda qaldı?

- Kaspi Əhmədli 2022/2023-cü Tədris ilində də ondan əvvəlki illərin uğurlu ənənələrini davam etdirilməsi alqoritmini pozmayaraq, yüksək nəticələr göstərib. Belə ki, kursumuzun 11-ci sinif məzunlarının 96.6 faizi hal-hazırda ölkənin müxtəlif nüfuzlu universitetlərində təhsil alır. Qəbul olan abituriyentlərimizin çoxu bu uğurları yüksək ballarla əldə ediblər. Bundan əlavə, 9-cu sinif abituriyentlərimizin Buraxılış imtahanlarındakı nəticələri heç də 11-ci sinif məzunlarımızdan geri qalmayaraq, filialımızın bu istiqamətdə də mövsümü uğurla başa vurmasına səbəb olub. Ötən il doqquzuncularımız Kaspi Əhmədlinin nəticə siyahısına daha 2 qırmızı attestat əlavə ediblər.

Qeyd edim ki, filialımız rus bölməsi üzrə Azərbaycan dili imtahanından da üzüağ çıxıb və abituriyentlərimizin 100%-i bu imtahanı uğurla başa vurub. Misal olaraq, məzunumuz Üzeyir Babayev bu imtahanda mümkün 100 baldan 100 balı toplayaraq, Kaspi Əhmədlinin uğur siyahısına adını yazdıra bilib.

- Demək olar ki, abituriyentlər sizin etimadınızı doğruldublar...

- Kaspi Təhsil Şirkətinin “Bu günün Kaspi abituriyenti sabahın Universitet tələbəsidir!” şüarında deyildiyi kimi, biz abituriyentlərimizin müəssisədə təhsil almaq üçün Qeydiyyatdan keçdiyi ilk gündən etibarən onlardan yüksək nəticələr gözləyirdik. Bu yolda həm müəllimlərimiz, həm filialımızın inzibati heyəti dayanmadan çalışır, fəaliyyətə başladığı ilk ildən bəri hər il uğurlarımızı təkrarlamaq üçün əlindən gələni edirdi.

Abituriyentlərimizin hər ay Kaspi Təhsil Mərkəzinin təşkil etdiyi Sınaq imtahanlarında göstərdikləri nəticələr artıq elə ilk aylardan bizim gözləntilərimizi yüksək tutmağa imkan verirdi. Tədris ilinin sonunda gözləntilərimiz özünü doğrultdu. Yuxarıda sadaladığım və daha bir çox uğurlarımız bizə imkan verir ki, bu suala çox böyük qürur hissi ilə “Bəli” cavabını verək. Bu işdə böyük zəhmət, rolu və imzası olan müəllimlərimizə, həm də tədris prosesinin mühüm iştirakçıları olan valideynlərimizə təşəkkür edirik!

Hazırkı tədris ilinə hansı yeniliklərlə start vermisiniz?

- İlk növbədə qeyd edim ki, kursumuz müasir təhsildəki innovativliyi və yenilikləri daim izləyir və onları tədris prosesimizə uğurla tətbiq edir. Dövlət İmtahan Mərkəzinin (DİM) Buraxılış və Blok fənləri üzrə imtahanları ilə bağlı bütün yeniliklər dərhal müəllimlərimizlə müzakirə edilərək, tədris proqramımıza əlavə edilir.

Qeyd edim ki, Kaspi Təhsil Mərkəzinin cari il üçün nəzərdə tutulmuş Təhsilin Online İdarəetmə Sistemi artıq fəaliyyətə başlamaq üzrədir. Bu sistem sayəsində valideynlərimiz övladları ilə bağlı bütün məlumatları təfərrüatları ilə həm smatrfonları, həm də komputerləri vasitəsilə online olaraq ala biləcəklər. Beləliklə, valideynlərə göndərdiyimiz geridönüşlər və məlumatlandırma prosesi yeni mərhələyə qədəm qoyacaq, sürətlilik və operativlik maksimuma çatdırılacaq, Mərkəz-Valideyn əməkdaşlığı yeni formata düşəcək.

Bundan əlavə, bu ildən etibarən, peşəkar psixoloq tərəfindən hər ay abituriyentlərimizə seminarlar keçirilir. Psixoloqumuz müraciətlər əsasında abituriyentlərlə imtahan həyəcanının dəf edilməsi ilə bağlı tək-tək görüşlər keçirir və beləliklə, imtahanın tədrislə bağlı hissəsi ilə yanaşı, həm də psixoloji hissəni də həll etməyimizə köməklik göstərir.

Filialdakı təlim-tədris prosesinin üstünlükləri hansılardır?

Bu suala cavab olaraq, ilk növbədə dərslərimizin keyfiyyəti barədə danışmaq istərdim. Digər Kaspi Abituriyent kurslarında olduğu kimi Kaspi Əhmədli filialında dərslər peşəkar, təcrübəli müəllimlər tərəfindən aparılır. Müəllim heyətimiz lazım olan bütün proqramı tədris ili ərzində abituriyentlərimizə ötürür. Bundan əlavə, müəllimlərimiz abituriyentlərə əlavə dərslər, motivasiya və dəstək mövzusunda da yaxından köməklik göstərirlər. Dərslər kompakt şəkildə həftədə 3 və ya 4 dəfə saat 15:00-dan 20:00-a qədər mərkəzimizdə keçirilir. Bu da abituriyentlərin vaxta qənaət etməsi baxımından əlverişli olur. Bütün otaqlar kameralar vasitəsilə izlənir, abituryentlərin rahatlığı və təhlükəsizliyi üçün əlverişli şərait yaradılır.

Abituriyentlərimizin hər ay imtahan verməsi onlarda test vərdişlərinin yaranmasına, habelə, özlərinin inkişaf dinamikasını izləməsinə imkan verir. Bu da DİM-in təşkil etdiyi Buraxılış və Blok fənləri üzrə imtahanların onlar üçün bir xeyli asanlaşmasına, imtahanda özlərini rahat və sərbəst aparmalarına və biliklərini testə doğru şəkildə tətbiq etmələrinə gətirib çıxarır.

Şagirdlərin sosial fəaliyyəti üçün dərsdənkənar hansı fəaliyyətlər həyata keçirirsiniz ?

-Bildiyimiz kimi, abituriyentlərin eyni zamanda dincəlməsi və istirahət etməsi də mütləqdir. Bunun üçün kursumuz bir sıra addımlar atır. Buna misal olaraq, açıq havada dərslərin keçirilməsi, çay fasilələri, gəzintilər, pikniklər təşkil edilir. Qruplar müəllimləri ilə birlikdə elmi festivallarda, seminarlarda iştirak edirlər.

Həmçinin kursumuzda filiallararası “Breyn Rinq” və “Xəmsə” bilik marafonları təşkil edilir ki, tədris ili boyu abituriyentlərimiz bu yarışlarda iştirak edəcəklər. Onu da qeyd edim ki, ötən Tədris ilində bu yarışlarda 10-cu siniflər üzrə qalib Kaspi Əhmədli filialının abituriyentləri olub.

Valideynlərlə əməkdaşlıq necə qurulur ?

- Bu proses kursumuzda sistemli şəkildə bir neçə mərhələdə aparılır. İlk olaraq, tədris ilinin əvvəlində hər qrup üçün qrup rəhbəri təyin edilir. Qrup rəhbərləri abituriyentlərin problemləri və təklifləri ilə bağlı proseslərin icrası ilə yanaşı, həm də hər ay birbaşa valideynlərlə əlaqə saxlayaraq, dərslərin gedişatı və şagirdlərin inkişafı ilə bağlı onları məlumatlandırır, valideynlərin suallarına cavab verir. Bu proses qrup rəhbərləri tərəfindən “Abituriyent, müəllim və valideynlərlə iş şöbəsi”-nə hesabat formasında daxil olur.

Həmçinin hər ay təşkil edilən sınaq imtahanlarının nəticələrinin Kaspi Təhsil Mərkəzinin  səhifəsində – kaspi.edu.az saytında paylaşılması valideynlərin nəticələri asanlıqla əldə etməsinə səbəb olur. Beləliklə, ay ərzində valideynlərimiz övladlarının dərs fəaliyyəti və hazırlıq prosesi ilə bağlı həm yazılı, həm də şifahi formada məlumat və geri dönüş almış olurlar. Təbii ki, məsələ təkcə qrup rəhbərləri ilə bitmir. Filialımızda imtahan nəticələrinin müzakirəsi ilə bağlı tez-tez valideynlər üçün iclaslar keçirilir, həmçinin valideynlərlə tək-tək görüşlər də təşkil olunur. Bu görüşlərdə əməkdaşlarımız tərəfindən valideynlərimiz dinlənilir, eyni zamanda valideynlər müəllimlərlə görüşür, fikir mübadiləsi aparılır.

Konfidensiallığın qorunması şərti ilə mərkəzimizdə valideynlərimiz üçün anonim sorğular da keçirilir. Bu sorğular vasitəsi ilə valideynlər çox rahat şəkildə tələb və təkliflərini bildirirlər. İllərdir ki, bu sorğularda müsbət fikirləri və təşəkkürləri görmək kollektivimizi çox sevindirir və gələcək işlərimizə motivasiya edir.

Kaspi.edu.az

30.11.2023