XƏBƏRLƏR

Qəbul imtahanları üzrə yüksək nəticələr göstərən Filial

600 baldan yuxarı toplayan abituriyentlərin sayı Kaspi Elmlər filialında ötən illə müqayisədə artıb

Kaspi Abituriyent Hazırlığı Kurslarında yeni tədris ili ilə bağlı dərslərə start verilib. Kursların 2022/2023-cü tədris ili üzrə qəbul imtahanlarındakı nəticələri uğurludur. Kaspi Elmlər Filialı da bu sırada öncül yer tutur.

Filialın rəhbəri Ramin Mövsümov təhsil müəssisəsindəki fəaliyyətləri ilə bağlı Kaspi.edu.az-ın suallarını cavablandırıb:

- Ramin müəllim, ötən tədris ili filial üçün hansı göstəricilərlə yadda qaldı?

- 2022/2023-cü tədris ilinin nəticələri həm Buraxılış, həm Qəbul imtahanlarının nəticələrinə görə qürurverici olub. Elmlər filialı yüksək nəticə göstərən abituriyentləri ilə fərqlənib və 600 baldan yuxarı toplayan abituriyentlərin sayı Kaspi Elmlər filialında ötən illə müqayisə artıb. Şirkət üzrə 600 baldan yuxarı toplayan abituriyentlərdən 7-si Elmlər filialının məzunudur. 2022/2023-cü tədris ilində Əsmər Kərimli 675,4 balla ən yüksək nəticə göstərərək filialın kollektivinə böyük sevinc hissi bəxş edib. Bundan əlavə, Elmlər filialında keçən il 4-6 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq xidməti (Kaspi Kids xidməti) də fəaliyyətə başlayıb və işini uğurla davam etdirir.

- Demək olar ki, Abituriyentlər sizin etimadınızı tam doğruldublar...

- Bəli, bu bizi hədsiz sevindirir. Abituriyentlərimizin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlardakı nəticələri onların tədris ili boyunca Kaspi sınaq imtahanlarında topladıqları ballara uyğun olub. Bu isə o deməkdir ki, Kaspi Abituriyent hazırlığı kurslarında həyata keçirdiyimiz ölçmə-qiymətləndirmə prosesi abituriyentlərin bilik və bacarıqlarını düzgün və səhih müəyyən edir, onlara növbəti addımlarını atmaqda, doğru qərarlar qəbul etməkdə birbaşa istiqamət verir.

Məzunlarımız yüksək nəticələri və uğurları bizim üçün qürurlandırıcı oldu. Hər bir abituriyentimiz arzuladığı universitetlərə qəbul oldular və ixtisasları qazandılar. Biz də filialın kollektivi – müəllim və inzibati heyəti olaraq, bu istiqamətdə əlimizdən gələn dəstəyi əsirgəmədik. Çəkilən zəhmət öz bəhrəsini verdi.

- Hazırkı tədris ilinə hansı yeniliklərlə start verirsiniz?

Kaspi Elmlər filialı olaraq, ötən ilki fəaliyyətimizi nəzərdən keçirdik, çətinliklərin aradan qaldırılması həlli yollarını müəyyən etdik. Növbəti tədris ilində keyfiyyətin təmin olunması və prosesə nəzarətlə bağlı yeniliklərimiz var. Valideynlərə və abituriyentlərə dəstək yönümlü fəaliyyətlərimizi artıracağıq.

Kaspi Məktəbli xidməti ilə bağlı tədris proqramı yeniləndi, dərs saatlarımız artdı və İnformatika fənninin tədrisinə başladıq.

Kaspi Kids xidmətində fəaliyyətimiz bu il üçün daha da uğurlu olub. Ötən illə müqayisədə qruplarımızın sayı 2-dən 5-ə yüksəlib.

-Filialdakı təlim tədris prosesinin üstünlükləri hansılardır?

- Dərslərimiz hər gün yoxlanılır, abituriyentlərin davamiyyəti, nizam-intizam qaydalarına nəzarət edilir. Tənəffüs zamanı dəhlizlərə, sinif otaqlarına xüsusi nəzarətçilər tərəfindən nəzarət olunur. Təhlükəsiz tədris mühiti yaradılıb.

Dərslərə gec qoşulan abituriyentlər üçün geriliyi aradan qaldırmaqdan ötrü köməkçi müəllimlər tərəfindən əlavə dərslər təşkil olunur. Hər bir abituriyentin fəaliyyəti və inkişafı diqqət mərkəzimizdədir.

-Şagirdlərin sosial fəaliyyəti üçün dərsdənkənar hansı fəaliyyətlər həyata keçirirsiniz?

-Yeni tədris ili üçün müəyyən sosial fəaliyyətlər planımız var. Əvvəlki illərdə bilik yarışmaları, futbol yarışları, gəzintilər və digər fəaliyyətlər təşkil olunub. Hər sınaq imtahanında yüksək bal toplayan abituriyentlərlə ayrıca sosial aktivitələr yerinə yetirilir. Bu il də belə tədbirlərimizi davam etdirəcəyik.

-Filialda valideynlərlə əməkdaşlıq necə qurulur?

-Valideynlərlə əməkdaşlıq müəllimlər, filialın əməkdaşları və filial rəhbəri tərəfindən aparılır. Valideynlə həm telefonla əlaqə saxlanılır, həm də filiala dəvət olunaraq söhbət aparılır. Abituriyentlərin dərs fəaliyyətləri və hazırlığı ilə bağlı valideynə zəng olunaraq, mütəmadi məlumat verilir. Bu istiqamətdə işimizi daha da operativ həyata keçirəcəyik. Çünki hesab edirəm ki, valideynlə əməkdaşlığımızı düzgün qurmağımız, ümumi işimizin keyfiyyətinə müsbət təsir edəcəkdir.

Diqqətə çatdırım ki, Abituriyent, Məktəbli və Kids xidmətləri üzrə qeydiyyatımız davam edir.

Daim sizin xidmətinizdəyik!

Kaspi.edu.az

 

 

26.09.2023