Ulu Öndər Heydər Əliyevin 100 illiyinə Breyn-rinq yarışı
Kaspi Təhsil Şirkətinin əməkdaşları intellektual yarışmada iştirak ediblər
Kaspi Təhsil Şirkətinin baş ofisinin əməkdaşları arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Breyn-rinq” intellektual yarışı keçirilib. Tədbir Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yarışi giriş sözü ilə açan Kaspi Təhsil Şirkətinin marketinq direktoru və İdarə Heyətinin üzvü Aydın Əliyev belə yarışların Kaspi müəssisələrində tez-tez keçirildiyini bildirib: “Məqsdimiz əməkdaşlarımızın vaxtını səmərəli keçirmək, daim öz üzərlərində işləməklərinə sövq etməkdir. Bu dəfəki yarışmanı isə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etmişik. Bildiyiniz kimi, 2023-cü il Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunub. Mayın 10-u isə Ulu Öndərin 100 illik yubileyidir. Kaspi müəssisələri yubileylə bağlı silsilə tədbirlər keçirir. “Breyn-rinq” intellektual yarışmaldrı da onlardan biridir”.
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva qeyd etdi ki, Azərbaycanın müasir tarixi görkəmli dövlət xadimi, böyük siyasi lider, müstəqil dövlətçiliyimizin memarı olan Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycanın inkişaf yolu Ulu Öndərin həm Azərbaycanda, həm də SSRİ-də rəhbər vəzifələr tutduğu dövrdən başlayır: “Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi”. S.Vəliyeva qeyd etdi ki, bu gün Azərbaycan dövləti ulu öndərin arzularını həyata keçirərək gün-gündən inkişaf edir: “Bu gün Ulu Öndərin yaratdığı Azərbaycan dövlətinin inkişaf sükanı çox bacarıqlı əldədir. Ulu Öndərin həm siyasi, həm mənəvi varisi olan Prezident İlham Əliyev Azərbaycanı bütün sahələrdə irəli aparır. Ulu Öndərin arzusunda olduğu əsir torpaqlarımız Ali Baş Komandanın qətiyyəti, şəhidlərimizin canı və qanı, qazilərimizin igidliyi, xalqımızın birliyi sayəsində işğaldan azad edildi. İndi o rayonların hər birində Azərbaycan bayrağı dalğalanır. “Böyük Qayıdış” proqramının gerçəkləşməsi ilə bu torpaqlarda həyat yenidən canlanmağa başlayıb. Biz bununla qürur duyuruq!”
Sonra yarışmaya start verilib. 6 komandanın iştirak etdiyi yarışmada iştirakçılar həmçinin “Heydər Əliyevə 21 sual”a da cavab tapıblar.
Qalib komandalara pul mükafatı və hədiyyələr təqdim olunub.
Kaspi.edu.az