Kaspi Təhsil Şirkəti əməkdaşlıq anlaşması imzalayıb
Kaspi Təhsil Şirkəti ilə “Special School” və ”Special Kids” Məktəb Tipli Reabilitasiya Mərkəzləri arasında ikitərəfli əlaqələr qurulacaq
Kaspi Təhsil Şirkətinin məktəbəqədər müəssisələri departamenti ilə “Special School” və “Special Kids” Reabilitasiya Mərkəzlərinin tərəfləri arasında ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə dair əməkdaşlıq anlaşması imzalanıb. Anlaşma 03 may 2023-cü il tarixində Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin üzvü Əli İsgəndərov və “Special School” və ”Special Kids” Məktəb Tipli Reabilitasiya Mərkəzlərinin təsisçi direktoru Vəfa Şirinova tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində bağça və məktəbəqədər hazırlıq müəssisələrində xüsusi ehtiyacları olan uşaqlara müxtəlif xidmətlərin göstərilməsi nəzərdə tutulub. Belə ki, mayın 9-da Kaspi KİDS-in Azərbaycan və rus bölmələrinin 130-a yaxın müəllimi üçün təlimlər keçiriləcək.
Kaspi.edu.az