XƏBƏRLƏR

"Breyn-Rinq" Bilik Yarışması keçiriləcək

“Kaspi” müəssisələrinin IX və X sinif şagirdləri yarışmada iştirak edəcək

Kaspi Liseylərində və Kaspi Abituriyent Hazırlığı Mərkəzlərində təhsil alan IX və X sinif şagirdləri arasında “BREYN RİNQ” Bilik Yarışması keçiriləcək.

Yanvarın sonundan may ayının sonuna qədər davam edəcək Yarışmanın keçirilməsində məqsəd tədrisin keyfiyyətini artırmaq, şagirdlərin elmə, maarifləndirici yarışlara marağını təmin etmək, onlara yeni biliklər qazandırmaq, intellektual səviyyələrini yüksəltmək və istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir.

Yarışma 2 mərhələdə keçiriləcək:

1-ci mərhələdə hər bir müəssisədə 9-cu və 10-cu sinif şagirdləri arasında ayrı-ayrılıqda komandalar üzrə təşkil olunacaq və müəssisə üzrə qaliblər müəyyən olunacaq.

2-ci mərhələdə isə Kaspi Təhsil Şirkəti üzrə Çempionat xarakterli yarışma bütün müəssisələri təmsil edən komandalar arasında təşkil olunacaq. Turlar üzrə keçiriləcək yarışma Final mərhələsi ilə yekunlaşacaq.

Qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Kaspi Təhsil Şirkəti olaraq Bilik Yarışmasında iştirak edəcək şagirdlərə zehin açıqlığı və uğurlar arzulayırıq!

Kaspi.edu.az

17.01.2023