XƏBƏRLƏR

Kaspi Liseyinin şagirdlərinin Qrinviç Olimpiadasındakı uğuru

Kaspi Liseylərinin şagirdləri Qrinviç Olimpiadasından Gümüş və Bürünc medallarla dönürlər

Böyük Britaniyanın London şəhərində təşkil edilən Beynəlxalq Qrinviç Olimpiadasında (International Greenwich Olympiad) Kaspi Liseyinin şagirdləri yüksək nəticə əldə ediblər. Yarışa dünyanın 27 ölkəsindən 90 komanda qatılıb. 2 mərhələdən ibarət olan Olimpiada Ölkə və Dünya finalını təşkil edib. Belə ki, Ölkə finalında qalib olan şagirdlər dünya finalına çıxma şansı əldə ediblər. Kaspi Liseyləri ölkə mərhələsinə qatılaraq 10 şagirdlə dünya finalına qədər yüksəliblər.

Liseylərimizin şagirdləri aşağıdakı kateqoriyalar üzrə nəticə göstəriblər:

Enerji kateqoriyası:

1. Raul Vəfərli - Kaspi Bakıxanov Liseyi (Gümüş medal)

2. Vüsal Sayyadov - Kaspi Bakıxanov Liseyi (Gümüş medal)

3. İnci Əliyeva - Kaspi Ağ şəhər Liseyi (Gümüş medal)

Enerji kateqoryası

1. Nicat Hüseynov - Kaspi Bakıxanov Liseyi (Gümüş medal)

2. Rəvan Ömərli - Kaspi Ağ Şəhər Liseyi (Gümüş medal)

Mühəndislik kateqoryası:

1. Çiçək Məmmədəliyeva - Kaspi Ağ Şəhər Liseyi (Gümüş medal)

Kompüter Elmləri kateqoriyası:

1. Nəzrin Valehli, Kaspi Ağ şəhər liseyi (Gümüş medal)

2. Zahidə Məmmədzadə, Kaspi Ağ şəhər liseyi (Gümüş medal)

Ətraf mühit kateqoriyası:

1. Yunus Hüseyinli, Kaspi Ağ Şəhər Liseyi (Bürünc medal)

2. Nərmin Kərimli, Kaspi Ağ şəhər Liseyi (Bürünc medal)

Kaspi Təhsil Şirkəti Qrinviç Olimpiadasında qalib gələn şagirdləri təbrik edir və gələcək yarışlarda uğurlar arzulayır!

19.07.2022