XƏBƏRLƏR

Müqəddəs Qurban bayramınız mübarək!

Azərbaycanda Qurban bayramı qeyd edilir

İyulun 9-10-da İslam dünyasında ən müqəddəs bayramlardan sayılan Qurban bayramı qeyd ediləcək. Qurban bayramı İslamın əsas və qədim bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.

Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.

Kaspi Təhsil Şirkəti Qurban bayramı münasibətilə xalqımızı təbrik edir, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzu edir! Qoy, bu mübarək bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin!

09.07.2022