XƏBƏRLƏR

Ağ Şəhər Liseyinin şagirdləri kitab təqdimatında

Şagirdlər Uşaq Kitabxanasında olublar

 Kaspi Ağ Şəhər Liseyinin şagirdləri  F.Köçərli adına Uşaq Kitabxanasında gənc yazar Sevindik Nəsiboğlunun ”Möhtəşəm zəfərin nişanəsi” adlı kitabının təqdimatında iştirak ediblər.  Liseyin şagirdləri gənc yazarın şerlərini səsləndirib və müəllifə  həyat və yaradıcılığı ilə bağlı suallar ünvanlayıblar. Tədbirdə şəhid ailələri və onların övladları da iştirak ediblər.

Liseyin kitabxanasının direktoru Şahnaz Quliyeva bildirir ki, bu cür görüşlər şagirdlərin yaddaşnda yer alır və onların mütaliəyə həvəsini artırır: “Şagirdlər müəlliflərlə görüşəndə bu onlar üçün maraqlı və yaddaqalan hadisə olur. Onlar görüşdükləri müəlliflərin əsərini oxuyur, ona suallar ünvanlayırlar. Bu da onların ədəbiyyata marağını artırır. Belə görüşləri tez-tez təşkil etməyə çalışırıq”.

S.Nəsiboğlu liseyin kitabxanasına yeni nəşr olunmuş “Möhtəşəm zəfərin nişanəsi” kitabını hədiyyə edib. Lisey şagirləri tərəfindən çəkilmiş rəsm əsəri isə gənc yazara təqdim olunub.

Sonda xatirə şəkli çəkilib.

Kaspi.edu.az

10.06.2022