Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Kaspi Liseylərinin şagirdləri bütün dünyanın uşaqlarını təbrik etdi
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
BMT-də uşaq hüquqlarına dair Konvensiya qəbul edilib. Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir.
Kaspi Liseyləri də 1 İyun tarixinə həsr olunan tədbirlərlə uşaqların bayramına töhfə verdi.ıKaspi Bakıxanov Liseyi tədris “Şuşa İli”nə və tədris ilinin yekununa həsr olunan “Yaddaşlarda iz qoyaraq” tədbiri ilə
Kaspi Bakıxanov Filialında keçirilən tədbirdə Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva çıxış edərək təbrikini təkcə liseyin deyil, bütün ölkəmizin uşaqlarına ünvanladı: “Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Sizlərə ümidimiz böyükdür. Sizlərin arasından gələcəyin nazirləri, alimləri, müəllimləri, həkimləri, mühəndisləri yetişəcək. Əminəm ki, siz öz bilik və bacarıqlarınızla ölkəmizin gələcəyinə öz töhfənizi verəcəksiniz”.
Uşaqların bayram tədbiri qeyri-rəsmi hissə ilə davam etdirilib. Məktəb şagirdlərinin ifasında səslənən şeirlər, mahnılar, səhnəciklər, rəqslər onları əyləndirməklə bərabər uşaqlara sevinc bəxş edib.
Kaspi Ağ Şəhər Liseyi də 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü təntənəli şəkildə qeyd edib. Liseyin müəllimlərinin uşaqlara ünvanlanan təbrikləri şagirdlərin mahnılarına, şeirlərinə, rəqalərinə qarışaraq xoş ovqat yaradıb. Şagirdlər bayramlarına uyğun şeirlər, mahnılar səsləndirib, sülh quşu uçurublar.
Kaspi Təhsil Şirkəti olaraq bütün uşaqların bayramını təbrik edir, onlara parlaq gələcək, işıqlı sabahlar arzulayırıq!