Kaspi Liseyində "Açıq qapı" günü keçirildi
Valideynlərin təəssüratları dinlənildi
Kaspi Ağ Şəhər Liseyində valideynlər üçün ənənəvi “Açıq qapı” günü keçirildi. Görüşdə övladları liseydə təhsil alan valideynlərlə yanaşı, 2022/2023-cü tədris ili üçün liseyə qəbul imtahanlarında iştirak edən uşaqların valideynləri də iştirak etdi. Bu görüş valideynlərə məktəbin rəhbər və müəllim kollektivi ilə təmas qurmağa, liseyin tədris şəraiti ilə yaxından tanış olmağa şərait yaratdı. Valideynlər liseyin sinif otaqları, kitabxanası, idman meydançası, labaratoriya otaqlarındakı texniki avadanlıqlarla, musiqi məktəbi ilə, robotiks otağı, yeməkxana və s. otaqlara baxış keçirdilər.
Liseyin direktoru Səbinə Əliyeva “Açıq qapı” gününün əhəmiyyətini qeyd etdi: “Bu görüş valideynlərin liseylə daha yaxından tanışlığına, müəllim kollektivi ilə ünsiyyətinə şərait yaradır. Valideynlər övladlarının hansı şəraitdə təhsil aldıqlarını və oxuyacaqlarını gözləri ilə görüb əmin olurlar. Belə görüşlər hər il keçirilir və mütəmadi təşkil etməyi düşünürük”.
“Niyə Kaspi-ni seçdiniz?”
Valideynlər “Niyə Kaspi-ni seçdiniz?” sualına pozitiv cavab verdilər.
Arda Sunqunay Türkiyə vətəndaşıdır və işi ilə bağlı Azərbaycanda çalışır. Deyir ki, qızı Alisa məktəbəqədər hazırlığı türk məktəbində keçib. Alisa 3 dildə danışmağı bacarır, amma övladının rus dilini də öyrənməsini arzulayır: “Qızımın psixoloqu Kaspi liseyini məsləhət gördü. “Kaspi liseyində yüksək tədrisin olduğunu öyrənincə qızımın 1-ci sinifi burada təhsil almasına qərar verdik. Ümid edirəm ki, seçimimizdə səhv etməyəcəyik”.
Övladı 1-ci sinifdə təhsil alacaq Aysel Məmmədovaya isə Kaspi Liseyi artıq doğmadır. Belə ki, qızı Ayla bundan əvvəl Kaspi bağçasında və Kaspi Məktəbəqədər hazırlıqda rus bölməsi üzrə təhsil alıb. Ailə övladlarının orta təhsilini də Kaspi Liseyində davam etdsirməyə qərar verib: “Artıq bu liseydəki təhsil, təlim-tərbiyəyə bələdəm. Ona görə də uşağımızı bu təhsil müəssisəsindən ayrımaq istəmədik. Burada uşaqlara xüsusi diqqət və qayğı göstərilir. Onların sosiallaşmasına şərait yaradılır. Fənnlər yüksək səviyyədə tədis edilir. Ona görə də məhz Kaspi Liseyini seçdik”.
Övladı 4-cü sinifdə oxuyacaq Bağırlı Səidə də liseydəki tədrisin səviyyəsindən məmnundur:
“Ərazi baxımından liseydən uzaqda yaşayırıq. Amma Liseyin servis xidməti olduğu üçün övladımın dərsə gedib-gəlməsinə problem yoxdur. Kaspi-yə güvəndiyim üçün uşağım burda oxuyur. Liseydə yüksək nizam-intizam var. Müəllimlər uşaqlara fərdi yanaşmağı bacarırlar. Dərslər layihələr üzrə həyata keçirilir. Şagirdlərə nahar yeməyi verilir. Hər gün uşaq evə gələndə nə yediyini soruşuram, o da razılıq edir”. Valideyn liseydə həmçinin şagirdlərə əlavə məşğələlərin, o cümlədən İngilis dili fənninin və Robotiksin tədrisinin keçirilməsini yüksək qiymətləndirir: “Kaspi müasir dövr təhsili üçün şagirdləri hazırlayır. Bir valideyn olaraq bu məni qane edir”.
Valideyn Səbinə Zülfüqarovanın 2 əkiz övladı Kaspi Liseyində təhsil alır. Liseydəki tədrisi, pedaqoji kollektivin peşəkarlığını və şagirdlərə yanaşmalarını yüksək dəyərləndirir: “Uşaqlarım 4-cü sinifdə təhsil alırlar. Onlar liseyi sevirlər. 3-cu övladımın məktəb yaşı çatanda onu da bu liseyə gətirəcəm. Övladlarımızın yaxşı oxuması, layiqli vətəndaş kimi böymısi üçün liseydə bütün lazımı şərait var”.
Balacalar üçün ustad dərsi
“Açıq qapı” günü çərçivəsində liseydə 5-6 yaşlı uşaqlar üçün ustad dərsləri də təşkil olundu. Bunu balacaların Robotiks sahəsi ilə tanışlığı üçün ilk addım da hesab etmək olar.
Liseyin müəllimi Kamran Əsgərov 5-6 yaş şagirdlır üçün keçirilən ustad dərsləri haqqında məlumat verərək bildirdi ki, məqsəd uşaqları Robotiks sahəsi ilə tanış etməkdir: “Həmçinin bu tanışlıq olnarın yumşaq (soft skills) və yaradıcı bacarıqlarının üzə çıxarılmasına kömək edir. Valideynlər də öz uşaqlarının bacarıqlarına bələd olur və onlar gələcəkdə övladlarına dəstək olmağa istiqmətlənirlər”.
Robotiks üzrə təlimçi Leyla Butayeva uşaqların Robotiks sahəsi ilə ilk tanışlığını yüksək dəyərləndirir: “İndi texnalogiyalar dövrüdür. Uşaqların məktəbəhazırlıq dövründən robotikslə tanışlığı onların gələcəkdə bu istiqamətdə bacarıqlarının inkişafına yol açacaq”.
Açıq qapı günündə iştirak edən valideynlər məktəbin tədris otaqları ilə tanış olduqdan sonra liseyin rəhbər və müəllim heyəti ilə müzakirələrini nahar süfrəsi arxasında davam etdirdilər. Bu görüş valideyn-müəllim-məktəb üçbucağının ən bariz nümunəsi kimi yadda qaldı.
2022/2023-cü tədris ilində Kaspi Liseylərində təhsil alacaq bütün şagirdlərə uğurlar arzulayırıq!
Kaspi.edu.az