"Nağıllar aləminə səyahət"
Kaspi Liseyində Azərbaycan yazıçıları ilə görüşlər davam edir
Kaspi Ağ Şəhər Liseyinin Kitabxanası məktəbin şagirdləri ilə ədəbiyyat adamlarının görüşlərini mütəmadi təşkil edir. Bu dəfə 1-ci sinif şagirdlərinin qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq yazıçısı Gülzar İbrahimova olub. “Libraff Park Akademiyası”nda keçirilən “Nağıllar aləminə səyahət” adlı görüş şagirdlərin yaddaşına yazılıb.
Görüşdə müəllif kitabları haqqında şagirdlərə ətraflı məlumat verib, nağıllar səsləndirib, tap-tapmacalar söyləyib. Yazıçı yaradıcılığı ilə bağlı şagirdləri maraqlandıran sualları cavablandırıb. Şagirdlərə fəal iştiraklarına görə təşəkkürünü bildirən G.İbrahimova onlara öz nağıl kitablarını da hədiyyə edib. Şagirdlər müəllifin nağıl simvollarını əks etdirən rəsm əsərini Gülzar İbrahimovaya hədiyyə ediblər. Lisey kitabxanasının müdiri Şahnaz Quliyeva kaspi.edu.az-a belə görüşlərin Lisey şagirdləri üçün tez-tez təşkil olunduğunu bildirir: “Şagirdlər müxtəlif əsərləri oxuyurlar. Sonra həmin əsərlərin müəllifləri ilə görüş onlar üçün daha yaddaqalan və maraqlı olur. Bu tip görüşlərimiz kitabxana fəaliyyətimizin mühüm hissəsidir”. Ş.Quliyeva bundan sonra da şagirdlərin ədəbiyyat adamları, tanınmış insanlarla görüşlərinin təşkil olunacağını bildirdi.