Təcrübə Proqramı Zəfər Gününə həsr olundu
Kaspi Təhsil Şirkəti Təcrübə Proqramını davam etdirir
Kaspi Beynəlxalq Məktəbdə “Kaspi Təcrübə Proqramı 8” (KTP 8)-in açılış mərasimi keçirilib. 18 noyabr 2021-ci il tarixində baş tutan tədbir rəsmi və qeyri-rəsmi hissədən ibarət olub.
Tədbirin rəsmi hissəsində təcrübəçilərə Kaspi Təhsil Şirkətinin fəaliyyəti və həyata keçirdiyi Təcrübə Proqramı haqqında məlumat verilib. Kaspi Təhsil Şirkətinin akademik rəhbərlərinin Təcrübə Proqramı haqqında tövsiyələri səsləndirilib.
Tədbirin qeyri-rəsmi hissəsində təcrübəçilər üçün əyləncəli viktorinalar təşkil olunub.
Qeyd edək ki, “Kaspi Təcrübə Proqramı 8” 1 noyabr 2021-ci il tarixindən start götürüb. Builki təcrübə proqramı Zəfər Gününə həsr olunub.
Təcrübə Proqramının iştirakçılarına uğurlar arzulayırıq!