XƏBƏRLƏR

Kaspi Liseyinin məktəbəqədərində Kembric kurikulumu

Bakıxanov filialında Kembric beynəlxalq proqramının tədrisi genişlənir

Kaspi Bakıxanov Liseyinin Beynəlxalq bölməsində dərslərin Kembric beynəlxalq proqramı əsasında tədrisi nəzərdə tutulur. Məktəbəqədərdən universitetə körpü salacaq proqram liseydə mərhələli şəkildə tətbiq olunacaq.

Qeyd edək ki, düanyanın 160 ölkəsində on mindən çox məktəbdə bir milyondan artıq şagird peşəkar müəllimlər tərəfindən Kembric kurikulumu ilə gələcəyə hazırlanır. Fəlsəfəsi və yanaşma tərzi  beynəlxalq auditoriyaya hesablanan Kembric kurikulumu proqramı Kaspi liseyində yerli kontekstə uyğunlaşdırılıb.

Niyə Kembric beynəlxalq kurikulumu?

Kembric  şagirdləri dünyanın hər yerində Beynəlxalq Kembric standartlarına uyğun təhsil alırlar. Belə ki, Kembric şagirdləri  dünyanın istənilən yerində Kembric kurikulumu tədris edən məktəblər arasında rahatlıqla yerdəyişmə edə bilirlər. Kembric şagirdlərinin təhsil nəticələri Harvard, Kembric və MİT (Massachusetts İnstitute of Technology) kimi nüfuzlu universitetlər və digər inkişaf etmiş təşkilatlar tərəfindən tanınır.

Beynəlxalq təhsil

Bakıxanov filialının direktoru Sahil Əliyev kaspi.edu.az-a açıqlamasında qeyd etdi ki, bu tədris ilindən başlayaraq filialda Kembric proqramı əsasında Beynəlxalq bölmənin təsisi planlaşdırılır: “Bu ərazidə yaşayan insanlar üçün beynəlxalq təhsil təklif edən məktəb yoxdur. Məqsədimiz münasib və əlçatan qiymətlərlə ərazidə yaşayan uşaqlar üçün beynəlxalq təhsili təşkil etməkdir. Həmçinin beynəlxalq məktəb təhsilindən formalaşacaq təcrübəni digər Azərbaycan bölməmizə də tətbiq etməyi düşünürük”. S.Əliyev qeyd etdi ki, proqramın tətbiqi mərhələli şəkildə həyata keçiriləcək: “Bu ildən məktəbəqədər, növbəti ildən onun davamı olacaq 1-ci sinif proqramını açmağı düşünürük”. S.Əliyev qeyd etdi ki, 2015-ci ildən bəri Bakıxanov filialının nəzdində Kembric İmtahan və Təlim Mərkəzi (KİTM) fəaliyyət göstərir. Mərkəzdə həmçinin şagird və müəllimlər üçün imtahanlar da təşkil olunur: “Proqramla əlaqəli müəyyən təcrübə formalaşıb. Hesab edirik ki, bu təcrübə liseydə Kembric məktəbini daha peşəkar və keyfiyyətli şəkildə qurmağa kömək edəcək”.

Bakıxanov filialının Beynəlxalq bölməsinin məktbəqədər hazırlıq proqramına qeydiyyat davam edir.

Əlaqə üçün:

Kaspiliseyi.az səhifəsinə daxil olmaq və

0125652046, 0552144386 nömrələrinə zəng etmək olar.

Öyrənmək - Kəşf etmək - Uğur qazanmaq istəyirsinizsə, Kaspi Liseyinin Beynəlxalq Kembric proqramına müraciət edin!

18.11.2021