Kaspi Xətai filialı - 10 uğurlu il
Kaspi Abituriyent Kurslarının Xətai filialı 10 illik yubileyini qeyd edir. 2011-ci il sentyabrin 1-dən iki dərs otağında, az sayda şagirdlə fəaliyyətə başlayan filial bu gün ölkənin təhsil həyatına verdiyi töhfələrlə yalnız qürur duya bilər. Hazırda filialın 20-dən çox dərs otağında ingilis və rus dillərinin tədrisi, 3-6 yaşlı uşaqların və IX, X, XI sinif şagirdlərinin və məzunların Azərbaycan və rus bölmələri üzrə Buraxılış imtahanlarına və Ali məktəblərə Qəbul imtahanlarına hazırlığı uğurla həyata keçirilir.
Xətai filialında həmçinin V-VIII sinif şagirdlərinin məktəbdən sonra fənlər üzrə hazırlığı və sosial fəaliyyətinə imkan yaradılır. Şagirdlərin bilik və bacarıqlarını ölçmək məqsədilə III -XI siniflər üzrə Sınaq imtahanları, 5-8 siniflərin hazırlığından ibarət “Məktəbli” proqramı və I-IV siniflərin ev tapşırığına dəstək məqsədilə “Etüd” proqramı da uğurla həyata keçirilir. Filialın direktoru Elnur İsgəndərov bildirir ki, filialın Məktəbəqədər təhsili də şagirdlərin həyatında mühüm rol oynayır. Belə ki, yüzlərlə uşaq Kaspi KİDS proqramı üzrə təhsil alır və məktəblərə qəbul olur: “Şagirdlər “Məktəbli” proqramına, daha sonra “Abituriyent”ə oxumağa gəlirlər. Bu, ənənəvi hal alıb”.
Xətai filialını Kaspi Abituriyent Hazırlığı Kursları arasında fərqləndirən ən mühüm amil ali məktəblərə qəbul prosesində 600-dən yuxarı bal toplayan məzunlarının sayının çoxluğudur. Filialın məzunu -Kaspi “çempionu” Aysun Hüseynzadə (675.5) III ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxumaq arzusundadır. E.İsgəndərov filialın məzunlarının ölkənin və dünyanın nüfuzlu ali məktəblərində təhsil aldıqlarını sevinc hissi ilə qeyd edir: “Hər il onlarla abituriyent ali məktəblərə daxil olur. Onlar həmçinin dünyanın bir sıra ölkələrinin ali məktəblərində oxuyur və işləyirlər. Şagirdlərimiz həm dövlət orqanlarında, həm də özəl şirkətlərdə çalışırlar”.
Qeyd edək ki, Xətai filialında dərslər ənənəvi tədrislə yanaşı onlayn qaydada həyata keçirilir.
Xətai filialı 2021/22 tədris ilinə hazırlıqlarını uğurla davam etdirir. “Bu, bir ailə filialıdır. Yenə də fəaliyyətimizi məsuliyyətlə davam etdirəcək, ölkənin təhsil məkanına töhfələrimizi verməyə çalışacağıq”-deyə direktor bildirir.
Xətai filialının müəllim və şagird kollektivinə uğurlar diləyir, daha böyük yubileylərini qeyd etməyi arzulayırıq!