15 İyun - Xalqımız üçün Qurtuluş tarixi
Hər il respublikamızda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd olunur. Xalqımız müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir.
Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan ikinci dəfə müstəqillik qazanmağa müvəffəq oldu. Xalqımızın sağlam qüvvələri və ziyalılar Heydər Əliyevə müraciət edərək onu millətimizin düçar ola biləcəyi bəlalardan xilas etməyə çağırdılar. Ulu öndər ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı, iyunun 9-da Bakıya gəldi və dahiyanə bir zəka, möhkəm iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Xalqın böyük etimadı sayəsində ulu öndər ilk dəfə 1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər qısa müddətdə siyasi sabitliyi bərqərar etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, cəbhədə atəşkəsə nail olundu, Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etməyə başladı. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu, dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi.
Ulu öndərin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur.
Sevindirici və qürur doğuran haldır ki, bu il Azərbaycan xalqı Milli Qurtuluş Gününü Ali Baş Komandan İlham Əliyevin iradəsi, rəşadətli ordumuzun şücaəti və xalqımızın həmrəyliyi sayəsində azad etdiyi doğma Qarabağımızda da qeyd edəcək.
Kaspi Təhsil Şirkətinin şagirdlərin müvafiq fənnlər üzrə biliklərini yoxlamaq, onların intellektual səviyyəsini yüksəltmək və elmə maraqlarını artırmaq üçün təşkil etdiyi Bilik yarışması da məhz bu bayrama – Milli Qurtuluş Gününə həsr olunub. Yarışma Bakı, Symqayıt və Gəncə Kaspi təhsil mərkəzlərində keçirilir. Ölkə üzrə II və X cinifləri əhatə edən məktəblilər yarışmada iştirak edə bilərlər. Son qeydiyyat tarixi 17 iyundur. Qaliblər müxtəlif hədiyyələr, Kaspi filiallarına xidmətlər üzrə və Kaspi Yay məktəbinə 20 % endirim qazana bilərlər.
Kaspi Təhsil Şirkəti olaraq bütün Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edirik!