"Milli yaddaş"ın kanadalı qonağı
Kaspi Təhsil Şirkətinin Kaspi Liseylərinin “Milli yaddaş” layihəsi çərçivəsində növbəti qonağı Kanadanın Kalqari şəhərində yaşayan soydaşımız Famil Qarayevdir.
Qeyd: F.Qarayev Şəkidə anadan olub. “İstək” liseyini, Azərbaycan Dövlət İqtisadiyyat Universitetində (UNEC) iqtisadiyyat üzrə bakalavr pilləsini bitirib. ABŞ-ın Kaliforniya Universitetində maliyə üzrə magistr dərəcəsi, ABŞ-ın İndiana Universitetində təchizat üzrə magistr dərəcəsi alıb. Bakıda və Kanadada BP – “British Petroleum” şirkətində çalışıb. Hazırda ABŞ-ın “Şevron” neft və qaz şirkətində təchizat işləri üzrə menecerdir. Diaspora fəalıdır.
Famil Qarayevlə görüş 16 İyun saat 12.00-da ZOOM platforması üzərindən baş tutacaq. Qonaq uğur hekayəsini danışacaq, şagirdləri maraqlandıran sualları cavablandıracaq.
Kaspi Ağ Şəhər Liseyinin və Bakıxanov filialının VIII-X-sinif şagirdləri və müəllimləri görüşə dəvətlidir.